Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır
22.11.2018 [09:18]
Noyabrın 21-də Şuşa rayon İcra Hakimiyyətinin və YAP Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Şuşa rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, aparatın məsul əməkdaşları, rayonun icra strukturlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, YAP fəalları, gənclər iştirak ediblər.
Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin İctimai Birliyinin mərkəzi qərargahındakı büstü önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra YAP-ın yaradılmasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək Partiyanın 26 il ərzində keçdiyi şərəfli yoldan, rayon təşkilatının fəaliyyətindən, ictimai-siyasi tədbirlərdə iştirakından danışıb. Bildirib ki, 2300 üzvü olan YAP Şuşa rayon təşkilatının Qadınlar Şurası və Gənclər Təşkilatı da fəaliyyət göstərir.
Rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyatını Azərbaycan Respublikasının inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etməsindən, millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına hər zaman qayğı ilə yanaşmasından, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı uğurlu daxili və xarici siyasətdən, sıralarında yüz minlərlə üzvü birləşdirən YAP-ın əsl ümumxalq partiyasına çevrilməsindən bəhs edib. B.Səfərov Prezident İlham Əliyevin Ulu öndərin siyasi kursunu uğurla davam etdirdiyini, ölkəmizin sosial-iqtisadi qüdrətinin gündən-günə artdığını, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır.
Sonra YAP-ın sıralarına qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

