/ / Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
22.11.2018 [09:14]
Noyabrın 21-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovun ölkəmizə səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib. Mətbuat konfransında informasiya məkanında ikitərəfli əməkdaşlığın perspektivləri mövzusuna da toxunulub.
Rusiya Jurnalistlər İttifaqının sədri başçılıq etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, 83 bölməsi olan Rusiya Jurnalistlər İttifaqının sıralarında 70 mindən çox jurnalist var. Bu, ölkənin jurnalistlər cəmiyyətinin elitasıdır. Rusiyadakı bütün jurnalistlərin təqribən 10-12 faizi bu ittifaqın üzvləridir. Rusiya Jurnalistlər İttifaqının sədrinin sözlərinə görə, ölkədə söz azadlığının müdafiəsi, jurnalistlərin peşəkar səviyyəsinin yüksək qalması üçün çox iş görülür. Rusiya Jurnalistlər İttifaqı Beynəlxalq Jurnalistlər İttifaqının üzvü olaraq, beynəlxalq aləmdə fəal iş aparır.
Vladimir Solovyov vurğulayıb ki, Azərbaycanda səfərdə olmasına və Prezident İlham Əliyevin onu qəbul etməsinə görə çox məmnundur. O, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycanda Rusiya mədəniyyətinə, Rusiya KİV-lərinə böyük hörmət bəsləndiyini vurğulayaraq deyib: “Rusiyadakı oxucular, tamaşaçılar və dinləyicilər müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq”.
V.Solovyov daha sonra deyib: “Noyabrın 19-da biz Azərbaycan Mətbuat Şurası ilə Rusiya Federasiyasının Jurnalistlər İttifaqı arasında Əməkdaşlıq haqqında Memorandum imzaladıq. Düşünürəm ki, bu, daha əhəmiyyətli, daha geniş əməkdaşlıq yolunda ilk addımdır”.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və Rusiya jurnalistlərinin qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının vacib olduğunu qeyd edib, imzalanmış Memorandumun əhəmiyyətindən danışıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

