“CanSat Azərbaycan 2018” müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub
17.10.2018 [08:44]
Oktyabrın 16-da Milli Aviasiya Akademiyasında “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin qalibi Milli Aviasiya Akademiyasının “Envi_Sat” komandası olub. İkinci yerin sahibi Bakı Ali Neft Məktəbinin “Interstellar”, üçüncü yeri isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MS_U_FO” və Bakı Mühəndislik Universitetinin “Rodimus” komandaları bölüşüb.
Tədbir iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanan peyk modellərinin sərgisi ilə tanış olublar.
Mərasimdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev “CanSat Azərbaycan 2018” müsabiqəsinin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayıb və bu tədbirin gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət etdiyini söyləyib. O, həmçinin müsabiqənin finalında iştirak edən hər bir komandanın qalib olduğunu və onların Azərbaycanın ilk “CanSat” müsabiqəsinin tarixinə adlarını böyük hərflərlə yazdıqlarını bildirib.
Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın həmsədri, Milli Aviasiya Akademiyasının aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, Rusiya Elmlər Akademiyasının akademiki Roald Saqdeyev müsabiqənin tələbələrin müvafiq sahədə bacarıqlarını nümayiş etdirmələri baxımından əhəmiyyətini vurğulayıb. “Bu müsabiqə ölkənin milli kosmik sənayesində innovasiyaların tətbiq edilməsi və bu sahədə yerli kadrların hazırlanması baxımından xüsusi önəm daşıyır. Növbəti illərdə “CanSat Azərbaycan” müsabiqəsi davamlı olaraq keçiriləcək və regional yarışa çevriləcək”, - deyə R.Saqdeyev diqqətə çatdırıb.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, müsabiqə qalibləri gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən insan kapitalının inkişafına göstərilən yüksək diqqət və qayğı öz müsbət nəticələrini verməkdədir. Uğurla reallaşdırılan düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın adı kosmik sənayesi olan azsaylı ölkələrin siyahısına daxil edilib. Ölkəmizin üçüncü peykinin orbitə çıxarılması Azərbaycanın dünya kosmik sənayesindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından tarixi hadisədir.
“Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev diqqətə çatdırıb ki, “CanSat Azərbaycan-2018” müsabiqəsinin əsas məqsədi ölkədə tələbə peyki layihələrinə marağın artırılması, respublikanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən Azərbaycanda hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.
Vurğulanıb ki, “Azərkosmos” ASC peyklərin idarə olunması və peyk xidmətlərinin təqdim edilməsi ilə yanaşı, milli kosmik sənayedə innovasiyaların tətbiqi və ölkəmizin bu sahədə yerli kadrların hazırlanması istiqamətində işlər aparır. “CanSat Azərbaycan” müsabiqəsi də məhz bu missiyanın bariz nümunəsidir. Müsabiqədə tələbələr ali məktəbdə aldıqları nəzəri biliklərlə praktik bacarıqların sintezini model peyk hazırlayarkən real iş şəraitində görüblər. Həmçinin müsabiqə tələbələrdə kosmik sahəyə marağın yaradılmasına, bu istiqamətdə tədqiqat işlərinə və gələcəkdə bu kimi praktik layihələrdə iştirak etmələrinə stimul olub.
Sonra qalib komandalar mükafatlandırılıb, müsabiqədə iştirak edən tələbələrə göstərdikləri dəstəyə görə yeddi universitetin rəhbərliyinə təşəkkürnamə təqdim olunub.
Tədbir Milli Aviasiya Akademiyasının təqdim etdiyi bədii proqramla başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

