Sona Mehdizadə: Arzum gələcəkdə dünyaca məşhur mühəndis olmaqdır
10.08.2018 [08:47]
Azərbaycanda təhsilə, elmə göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Elə Dövlət İmtahan Mərkəzinin (DİM) ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri də deyilənləri təsdiqləyir. Belə ki, 2018-2019-cu tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) və ikinci (yay) qəbul imtahanları başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi etməyə başlayıblar.
Xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Elə Bakı şəhəri 58 nömrəli tam orta məktəbin məzunu Sona Mehdizadə də bütün test suallarına düzgün cavab verərək adını rekordçular siyahısına yazdıra bilib. I ixtisas qrupu üzrə imtahan verən Sona may ayında keçirilən qəbul imtahanında 667 bal toplasa da, bu nəticə ilə qane olmayıb, növbəti imtahanda isə özünü yenidən sınayıb. Redaksiyamızın qonağı olan S.Mehdizadə imtahana necə hazırlaşmasından danışıb: “Birinci qəbul imtahanında çox stresli idim. Bilirdim ki, hamı məndən yüksək nəticə gözləyir. İkinci imtahana daha rahat getdim və yaxşı nəticə əldə etdim. Bildiyiniz kimi, I ixtisas qrupu üzrə bu il 13 abituriyent 700 bal toplayıb. Onlardan biri də mən oldum. Bu göstəricini sualların asan olmasına yox, ikinci imtahan şansının olmasına bağlayıram”.
Həkim ailəsində dünyaya gələn müsahibimiz gələcəkdə mühəndis olmaq istədiyini deyir: “Kiçik yaşlarımdan musiqi ilə məşğulam. Səid Rüstəmov adına 13 saylı musiqi məktəbinin piano sinfini bitirmişəm.
Onu da qeyd edim ki, atam həkim-kardioloqdur. Hər kəs ya musiqiçi, ya da atam kimi həkim olacağımı düşünürdü. Lakin özümü bu sahələrdə görmürdüm. Mühəndis olmaq istədiyimi bildirəndə atam seçimimə dəstək verdi. Bundan sonra məqsədim ali məktəbdə yaxşı təhsil almaq, bilik səviyyəmi yüksəltmək və xaricdə təhsilimi davam etdirməkdir. Gələcəkdə arzum dünyaca məşhur mühəndis olmaqdır”.
Əslən Zəngilandan olan, ürəyi yurd həsrəti ilə döyünən gəncimiz valideynlərinin doğulub boya-başa çatdığı torpaqlara qayıdacaqlarına ümid etdiyini deyir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

