/ / Ukraynada yaşayan azərbaycanlılar 11 aprel prezident seçkilərində birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyirlər
Ukraynada yaşayan azərbaycanlılar 11 aprel prezident seçkilərində birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyirlər
04.04.2018 [10:09]
Dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada yaşayan soydaşlarımız da aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərini xüsusi diqqət mərkəzində saxlayır, bu seçimə 50 milyonluq dünya azərbaycanlılarının taleyüklü məsələsi kimi yanaşırlar. Bu baxımdan Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu bu ölkədə müvəqqəti yaşayan və təhsil alan Azərbaycan vətəndaşlarının seçkilərə cəlb olunması və onların doğru seçim etmələri üçün ardıcıl tədbirlər həyata keçirir. Bu məsələdə xüsusi fəallıq nümayiş etdirən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, xalqımızın xoş və parlaq gələcəyinin etibarlı təmin olunması naminə Ukraynada yaşayan Azərbaycan vətəndaşlarını və bu ölkədə təhsil alan tələbələri seçkilərdə aktiv iştirak etməklə, ölkəmizi inamlı gələcəyə apara biləcək namizədə dəstək verməyə səsləyir. Ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı “Yeni Azərbaycan” qəzetinə müsahibə verən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynada yaşayan 500 mindən çox soydaşımızın cənab İlham Əliyevi birmənalı olaraq növbəti 7 il müddətində prezident kürsüsündə görmək arzusunda olduqlarını bildirib.
“Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın diqqəti aprel ayının 11-də tarixi vətənimizdə keçiriləcək prezident seçkilərinə yönəlib. Təbii ki, çağdaş dünyamızda cərəyan edən ictimai-siyasi proseslərə, şərqdə baş verən qanlı olaylara nəzər salsaq, görərik ki, bir xalqın və bir dövlətin müqəddəratı nə dərəcədə onu idarə edən rəhbərin ağlından və zəkasından asılıdır. Heç də uzaqda olmayan 1990-93-cü illərə nəzər salsaq, görərik ki, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizi və xalqımızı hansı bəlalardan xilas etdi. Ölkəmiz ötən 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəmətli inkişaf yolu keçib, desək, təbii ki, yanılmarıq. Sevindirici haldır ki, bu gün Azərbaycan inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bölgədə Azərbaycanın razılığı və iştirakı olmadan heç bir beynəlxalq layihənin gerçəkləşməsi mümkün deyil. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və bir çox beynəlxalq nəqliyyat layihələrinin reallaşması Azərbaycanı Qərblə Şərqi birləşdirən ən önəmli ölkəyə çevirib. Fərəhləndirici haldır ki, son illər ölkəmiz dünyanın ən mötəbər musiqi və idman yarışlarına ev sahibliyi edir. Azərbaycanın bütün bölgələrində müasir İdman Olimpiya mərkəzləri, məktəb və mədəniyyət sarayları tikilib. Yenidən qurulan Bakı şəhəri dünyanın ən gözəl paytaxtlarından birinə çevrilib. Sözüm ondadır ki, bütün bunlar birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində reallaşıb. Bu baxımdan düşünürəm ki, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin heç bir təbliğata və təşviqata ehtiyacı yoxdur. Çünki O, öz əməli işləri ilə dünya azərbaycanlılarının tükənməz sevgi və rəğbətini qazanıb. Ukraynada yaşayan soydaşlarımız da cənab İlham Əliyevin xalqımız və dövlətimiz naminə gördüyü işləri ürəkdən bəyənir, Ona qarşıdan gələn seçkilərdə dəstək verir”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

