Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaq
14.03.2018 [10:15]
Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Bu il də Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, qapalı suvarma şəbəkəsi “Bərəkət toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 410 hektar əkin sahəsində qurulacaq. Layihəyə uyğun olaraq ərazidə 2065 metr dəmir borularla ana xətt, 6402 metr magistral xətt, 42 min 303 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi və qurunt sularının axıdılması üçün 3 min metr açıq kollektor çəkiləcək. Xətlərin üzərində 7 sutənzimləyici siyirtmə, 449 hidrant və 70 suburaxıcı quraşdırılacaq. Həmçinin bu il Kəngərli rayonunun Yeni Kərki və Xok kəndlərinin torpaq sahələrini əhatə edən qapalı suvarma şəbəkəsindəki hidrantlarda supaylayıcı hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək və yeni hidrantlar quraşdırılacaq. Ümumilikdə tikinti işləri zamanı 100 nəfər işlə təmin olunacaq.
Ali Məclisin Sədri təməli qoyulan qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi nəticəsində yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılacağını bildirib, bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək deyib: “Bu gün muxtar respublikada 160 min hektar əkinəyararlı torpaq sahəsinin 62 min hektarından istifadə olunur ki, onun da cəmi 52 min hektara yaxını suvarılan ərazilərdir. Ona görə də muxtar respublikada suvarılan torpaqların sahəsinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Lakin muxtar respublikanın ehtiyat taxıl fondu kənardan alınır. Mütərəqqi suvarma sistemlərinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ilə bu problem də tamamilə həll olunacaqdır. Muxtar respublikanın illik taxıla olan tələbatı 150 min tondur. Buna görə də taxıl sahələrinin genişləndirilməsinə diqqət yetirilməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, əkilən torpaqların məhsuldarlığı artırılmalıdır”.
Ali Məclisin Sədri deyib: “Əkinəyararlı torpaqların suvarılması qarşıda duran əsas vəzifələrdəndir. Qapalı suvarma şəbəkəsinin qurulması da yeni torpaq sahələrini əkin dövriyyəsinə qatmaqla yanaşı, həm də iş yerlərinin yaranmasına, torpaqların normalara uyğun suvarılmasına, şoranlaşmanın qarşısının alınmasına, bol məhsul istehsalına və tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Ona görə də tikinti işləri keyfiyyətli aparılmalı, bütün mühəndis-texniki tələblərə ciddi əməl olunmalıdır”.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, tikinti zamanı istifadə olunacaq materiallara baxıb.
Bildirilib ki, tikinti aparılarkən ərazinin relyefi və iqlim şəraiti nəzərə alınacaq, keyfiyyət amilinə xüsusi diqqət yetiriləcək, ölkəmizdə istehsal olunan plastik borulardan və digər materiallardan istifadə olunacaq.
Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasının payız əkin dövrünə qədər başa çatdırılması, toxumçuluq təsərrüfatında taxılla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və toxuma olan tələbatın ödənilməsi barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

