“ADA” Universitetində “Karyera həftəsi” yekunlaşıb
03.03.2018 [01:16]
“ADA” Universitetində bu ali məktəbin Karyera Mərkəzinin təşəbbüsü ilə fevralın 27-dən keçirilən altıncı “Karyera həftəsi” başa çatıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı martın 2-də universitetdə “Karyera həftəsi”nin yekun tədbiri və “Karyera yarmarkası” keçirilib.
“Kapital Bank” və “Azersun Holding” şirkətlər qrupunun dəstəyi ilə həftə ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən yüzdən çox şirkətin nümayəndələri universitetdə tələbə və məzunlar üçün təqdimatlar keçirib, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaradıb, onlara karyerada uğurqazanma ilə bağlı məsələhətlər verib və işçi qüvvəsi axtarıblar.
“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən “Karyera yarmarkası”nda iki mindən çox tələbə və məzun şirkətlərin insan resursları nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı qazanıblar. Həmçinin tələbələr Azərbaycanın iş bazarındakı ən aparıcı qurumlarının təmsilçiləri ilə təmasda olub, dövlət və özəl sektorda insan kapitalı ehtiyacı barədə aydın təsəvvür əldə ediblər. “Karyera yarmarkası”nda şirkətlər səkkiz yüzdən çox iş və stajkeçmə imkanları təqdim ediblər.
“ADA” Universitetinin Karyera Mərkəzi tələbələri birinci kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif dövlət və fərdi qurumlarda staj təcrübəsi qazanmağa yönləndirir. Əksər tələbələr staj təcrübəsi topladıqları qurumlarda iş təklifi alırlar. Bunun nəticəsi olaraq universitetin məzunları arasında məşğulluq göstəricisi 90 faizə çatır.
“Karyera həftəsi” çərçivəsində ilk dəfə “ADA” Universiteti onun ən çox sayda tələbə və məzunlarını işə qəbul edən 13 qurumu, o cümlədən Xarici İşlər Nazirliyi, SOCAR, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və “Azərkosmos” ASC-ni mükafatlandırıb.
Mükafatları “ADA” Universitetinin rektoru Hafiz Paşayev təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12

