“XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir”
24.02.2018 [09:55]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Rabat şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransının plenar iclasında Xocalı soyqırımı ilə bağlı təqdimatla çıxış edib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Hicran Hüseynova çıxışı zamanı qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir. Xalqımız dəfələrlə tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Beynəlxalq hüququn normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda istənilən cinayətə və vəhşiliyə hazır olduğunu nümayiş etdirir.
Komitə sədri bildirib ki, artıq iyirmi dördüncü ildir ki, atəşkəs rejimi elan olunub. Lakin dəfələrlə bu rejim pozulur, nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Bu vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Biz hər hansı bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun - müharibədən əziyyət çəkməsinə qarşıyıq. Lakin təəssüflər olsun ki, atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olmuşdur.
Sonra Konfransın Rabat Bəyannaməsi qəbul edilib.
Uşaqlara qarşı zorakılıq üzrə 13 bənddən ibarət Bəyannamənin aşağıdakı 4 bəndi üzrə Azərbaycan hökuməti tərəfindən təkliflər verilib və qəbul olunub: “5-ci İslam Konfransının nümayəndələri bəyan edir ki;
6. Biz, konfrans iştirakçıları, Dağlıq Qarabağ da daxil olmaqla 4 ərazi üzrə (Dağlıq Qarabağ, Suriya, Kəşmir, Rohincalar) işğal olunmuş, müharibə vəziyyətində, çətin şəraitdə, münaqişəli ərazilərdə yaşayan uşaqların müdafiəsinin təmin edilməsi məqsədilə aidiyyəti beynəlxalq strukturları beynəlxalq qanun və Konvensiyalar çərçivəsində humanitar yardım və sosial xidmətlərin göstərilməsinə çağırırıq.
7. Uşaqların qayğısına qalmaqda və onların zorakılıqdan qorumasında valideynlərin və ailələrin əsas rolunu vurğulayaraq, ailə institutunu və uşaq hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərən bütün strukturları zəruri fəaliyyət göstərməyə, uşaqların qorunmasına dəstək olmağa səsləyirik.
8. Uşaqların istənilən növ xoşagəlməz hallardan, həmçinin məktəblərdə, idman sahələrində, qayğı mərkəzlərində, yaşayış yerlərində, uşaqlar üçün xüsusi sosial xidmət müəssisələrində zorakılıqdan qorunması, xüsusilə, silahlı qüvvələr tərəfindən uşaqlara qarşı törədilmiş zorakılığın qarşısının alınması, ümumilikdə onların sağlamlığının qorunması, təhsil və sosial xidmətlərin təmin edilməsi, onların reabilitasiyası və inteqrasiyasına çağırırıq.
9. Uşaqlar və onların himayədarlarının zorakılıq halları barədə məlumatların verilməsi və ümumiləşdirilməsində əlçatanlığın təmin edilməsi məqsədi ilə mexanizmlər yaradılmalıdır, eyni zamanda, uşaqlara yaradılmış mexanizm haqqında məlumat verilməlidir, bunun üçün daha təhlükəsiz, praktik, effektiv və əlçatan mexanizmlər inkişaf etdirilməlidir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

