/ / 27 saylı Sabunçu ikinci seçki dairəsini əhatə edən məntəqələrdə seçkilərə ciddi hazırlıq işləri gedir
27 saylı Sabunçu ikinci seçki dairəsini əhatə edən məntəqələrdə seçkilərə ciddi hazırlıq işləri gedir
21.02.2018 [10:17]
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihə çərçivəsində 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Nadir Əjdərov Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan kursların əhəmiyyətindən danışıb. Bildirilib ki, 51 min 5 seçicisi olan dairənin ərazisində 39 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Şəffaflığın təmin edilməsi məqsədilə dairənin on məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki məntəqələrində komissiya üzvlərinin normal fəaliyyəti üçün hər cür şərait yaradılır.
N.Əjdərov diqqətə çatdırıb ki, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, rəsmi sənədlərin daşınması və təhlükəsizliyinin təmin edilməsi, eləcə də asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilinə dair maarifləndirici seminarlar və təlimlər keçirilir. Kurslarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra və bələdiyyə qurumlarının rolu, onların komissiyalar ilə səmərəli əlaqələrinin qurulması mövzularına xüsusi yer ayrılıb.
Sonra Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericilik aktları, normaları və məsuliyyət növləri” mövzusunda məruzəsi dinlənilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

