/ / Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən qurulan ölkə səhiyyəsi bir sıra mühüm nailiyyətlərə imza atıb
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yenidən qurulan ölkə səhiyyəsi bir sıra mühüm nailiyyətlərə imza atıb
15.02.2018 [10:38]
Fevralın 14-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda bu il aprelin 11-də prezident seçkilərində tibb ictimaiyyətinin nümayəndələri tərəfindən Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsinə həsr olunmuş toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sudeyif İmamverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb. O, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə olduğunu vurğulayaraq deyib: “Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu, bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən həkimlərə göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə qazanılan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir”.
Toplantının moderatoru Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Son 15 ildə ölkədə səhiyyə islahatları uğurla reallaşdırılıb. Bu gün təkcə paytaxtda deyil, bölgələrdəki tibb müəssisələri də ən müasir avadanlıqla təchiz olunub. Müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı surətdə yenidən qurulub, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazanıblar.
Ölkədə səhiyyə islahatlarının uğurla reallaşdığını bildirən Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayev əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramlarının mühüm rol oynadığını vurğulayaraq deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədəki tibb ocaqlarında xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanlar pulsuz dərmanlarla təmin olunması və müalicəyə cəlb edilməsi ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Son illər səhiyyə sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik isə bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Bu illər ərzində regionlarda onlarla tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Mən bir kardiocərrah kimi xüsusilə vurğulamaq istərdim ki, hazırda istər paytaxt Bakıda, istərsə də bölgələrdə ən yüksək avadanlıqlarla təchiz edilmiş tibb mərkəzlərində ürək əməliyyatlarının aparılması adi hala çevrilib. Elə mənim çalışdığım Mərkəzi Klinik Xəstəxana 2001-ci ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Bu klinikada xəstəliklərin müalicəsində tibbin ən son yenilikləri tətbiq edilir”.
Digər çıxış edənlər səhiyyəmizin son illər beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan tibb sahəsi müxtəlif səviyyəli saziş və protokollar əsasında dünyanın bir sıra ölkələri ilə məhsuldar əməkdaşlıq edir. Bütün bunlar Azərbaycanda səhiyyə sahəsində qazanılan uğurların yalnız bir hissəsidir.
Sonra Azərbaycan tibb ictimaiyyətinin bəyanatı səsləndirilib. Bəyanat toplantıda iştirak edən təşkilatların nümayəndələri tərəfindən imzalanıb.
Bəyanatda vurğulanır ki, Azərbaycan səhiyyə işçiləri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər. Bildirilir ki, Onun rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13

