/ / Ölkəmizdə bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub
Ölkəmizdə bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub
15.02.2018 [10:09]
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Qəbələnin Nic qəsəbəsinə səfər ediblər
Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-də öz işini Qəbələdə davam etdirib. Qış məktəbinin iştirakçıları əvvəlcə rayonun Nic qəsəbəsində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin konfrans zalına toplaşan yerli və əcnəbi gənclər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirəsini dinləyiblər. Nicat Məmmədli Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Azərbaycanda islamdan əvvəl atəşpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq dinləri geniş yayılıb. Sonradan İslam dini xalqımızın milli mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb. İslamın Azərbaycanda yayılması bir neçə mərhələni əhatə edib. Nicat Məmmədli adı çəkilən dinlərin yaranma tarixi, dini icmaların müxtəlif dövrlərdəki fəaliyyəti, dini-tarixi abidələri barədə geniş məlumat verib.
O qeyd edib ki, 1993-cü ildən sonra ölkəmizdə dinin təbliğinə və yayılmasına geniş şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət göstərilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nicat Məmmədli Azərbaycanda dini icmaların qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb.
Sonra Nic qəsəbəsində yerli əhali ilə görüşən əcnəbi tələbələr yaşayış məntəqəsi ilə tanış olublar. Gəzinti zamanı Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Bildirilib ki, Nic qəsəbəsində “Orayın” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili tədris olunur.
“Cotari” Alban kilsəsini ziyarət zamanı məlumat verilib ki, dünyada yaşayan udilərin sayı 10 minə yaxındır. Altı mindən çox əhalisi olan Nic qəsəbəsində 4 mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos təkcə Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib.
Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söhbət açıb, dövlətin diqqət və qayğısını həmişə hiss etdiklərini qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, hər bir kəsin dini etiqad azadlığı təmin edilir. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması alqışalayiqdir. Nic kilsəsinin bərpasından sonra udilər öz müqəddəs bayramlarını layiqincə qeyd edirlər.
Qış məktəbinin iştirakçıları üçün “Tufandağ” Yay-Qış Turizm İstirahət Kompleksində kanatla dağ gəzintisi də təşkil edilib.
Qeyd edək ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

