/ / Əlcəzair Ədliyyə Nazirliyinin məsul işçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Əlcəzair Ədliyyə Nazirliyinin məsul işçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub
02.02.2018 [10:08]
Azərbaycanın xarici ölkələrlə dostluq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Ötən il respublika ədliyyə nazirinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında bağlanmış ilk sənəd olmaqla ikitərəfli münasibətlərin inkişafına təkan verib. Həmçinin hüquqi sahədə dövlətlərarası müqavilələrin bağlanması qərara alınaraq, qısa müddətdə ekstradisiya sahəsində əməkdaşlığa dair müqavilə layihəsi hazırlanıb. Həmin layihənin müzakirəsi və razılaşdırılması məqsədilə Əlcəzair Ədliyyə Nazirliyinin məsul işçilərindən ibarət nümayəndə heyəti 28 yanvar-1 fevral tarixlərində Azərbaycanda səfərdə olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyub, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.
Səfər zamanı Ədliyyə Nazirliyində müqavilə layihəsi üzərində məhsuldar müzakirələr aparılıb, sənəd təkmilləşdirilərək paraflanıb və müvafiq razılaşma protokolu imzalanıb.
Sonra ədliyyə naziri Fikrət Məmmədov Əlcəzair nümayəndə heyəti ilə görüşüb.
Nazir ölkələrimizin hüquqi sahədə səmərəli əməkdaşlıq etdiyini bildirərək sənədin tezliklə imzalanacağına əminliyini ifadə edib, bu məqsədlə əlcəzairli həmkarını Azərbaycana səfərə dəvət edib. Qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu söyləyən Fikrət Məmmədov nazirliklərarası Anlaşma Memorandumunun daha intensiv implementasiyasının önəmini qeyd edib.
Azərbaycana səfərdən məmnunluqlarını ifadə edən qonaqlar respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduqlarını söyləyib, iki ölkənin Ədliyyə nazirlikləri arasında səmimi işgüzar münasibətlərin qurulduğunu, səfər zamanı aparılmış müzakirələrin səmərəli nəticələrini qeyd vurğulayıb, Əlcəzairin ədliyyə naziri Əl-Tayyib Louhun salamlarını çatdırıblar.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə də tanış olublar. Nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətini, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı materialları əks etdirən xüsusi jurnallar və əyani vəsaitlər təqdim edilib.
Səfər çərçivəsində Əlcəzair nümayəndə heyəti Yasamal Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə sistemi, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət”in fəaliyyəti, habelə Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi və mədəni-tarixi abidələri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09

