Naxçıvanda keçirilən konfrans tarixi hadisə kimi yaddaşlarda qalacaq
08.12.2017 [10:02]
Dekabrın 6-da Naxçıvan şəhərində keçirilmiş “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” adlı konfrans mövzu aktuallığı və iştirakçılarının əhatə dairəsi ilə diqqəti cəlb edib. Konfrans iştirakçıları AZƏRTAC-ın Naxçıvan bürosunun müxbirinə müsahibələrində tədbirin əhəmiyyətindən danışıb, eyni zamanda, Naxçıvanla bağlı təəssüratlarını bölüşüblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə: “Müqəddəs Naxçıvan torpağı bir çox dahilər yetişdirib. Xalqımızın Ümummilli lideri Heydər Əliyev də bu torpaqda doğulub boya-başa çatıb. Ulu öndərimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşıb. Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər Heydər Əliyev ideyalarının bəhrəsidir. Ulu öndərimizin əsasını qoyduğu dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dini həmrəylik möhkəmləndirilir. Dövlət başçısının Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunması bu məqsədyönlü siyasətin davamıdır. Dekabrın 6-da “İslam Həmrəyliyi ili” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfrans bu baxımdan xüsusilə əhəmiyyətlidir və tarixi hadisə kimi yaddaşlarda qalacaq.
Qeyd etmək istərdim ki, Naxçıvan tarixən dini-mənəvi dəyərlərin qorunub saxlanıldığı məkan olub. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, dini dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Naxçıvan gündən-günə gözəlləşir, inkişaf edir. Mən Naxçıvana tez-tez gəlirəm. Naxçıvanın işıqsız, təbii qazsız qalan günlərini də görmüşəm və son illər burada əldə olunan nailiyyətləri, böyük irəliləyişi də görürəm. Bütün bunlar məni çox sevindirir. Buradakı inkişafın təməlini qoyan, əlbəttə ki, Ulu öndər Heydər Əliyevdir. Bu gün qədim diyarda Ümummilli liderin yolunu uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikanın çiçəklənməsində böyük zəhməti var və Allah-Təaladan ona cansağlığı arzulayıram.
Biz konfransdan əvvəl Naxçıvandakı muzeylərdə olduq, Naxçıvan şəhərində yeni tikilən möhtəşəm məscidi gördük. Burada belə bir möhtəşəm məscidin tikilməsi naxçıvanlıların öz dininə, mədəniyyətinə, torpağına bağlılığının daha bir nümunəsidir. Həyata keçirilən bu tədbirlər imkan verəcək ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı missiyasını uğurla reallaşdırsın. “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransın yüksək səviyyədə keçirilməsi də bunu göstərir.
Mən Allah-Təaladan muxtar respublika sakinlərinə, ümumilikdə, Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzulayıram. Arzu edirəm ki, işğal altındakı torpaqlarımız düşmən tapdağından azad olunsun. Allah-Təala Prezidentimiz İlham Əliyev həzrətlərini həmişə uca eləsin, Vətən naminə gördüyü işləri uğurlu etsin”.
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov: “Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə Azərbaycan dövlətçiliyinin əsaslarını müəyyənləşdirib. Həmin dövrdə Naxçıvan, ümumilikdə isə ölkəmiz çətin günlərini yaşayırdı. Lakin dahi şəxsiyyət Azərbaycanı düzgün yola çıxararaq, bugünkü inkişafının - tərəqqi yolunun əsasını qoyub. Heydər Əliyev yolu sülh, dostluq, həmrəylik yoludur. Bu gün dövlətimizin başçısının bu yolu uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, dünyada sülhə, sabitliyə və dini həmrəyliyə öz töhfəsini verir. Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfrans da bu siyasətin növbəti müsbət təzahürü olmaqla, insanları sülhə, həmrəyliyə, birliyə çağırır.
Konfransdan əvvəl biz Naxçıvanın dini-mədəni, tarixi abidələri ilə tanış olduq. Uzun illər Naxçıvanda yaşamış bir insan kimi, bu gün buradakı inkişafı, abadlığı görmək məni çox sevindirir. Muxtar respublikada görülən işlər Azərbaycanın bütün regionları üçün nümunədir. Burada olarkən diqqətimi cəlb edən daha bir məqam hətta ən ucqar dağ kəndlərində müasir standartlara cavab verən məktəblərin tikilməsi, infrastrukturun yaradılması oldu. Ümumiyyətlə, Azərbaycanın bugünkü inkişafı dünya miqyaslı inkişafın, tərəqqinin nümunəsidir, sülh və əmin-amanlığın qorunmasına nümunədir”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

