Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfərdir
06.12.2017 [10:11]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pilot layihənin (Mingəçevir şəhəri və Yevlax rayonunun əraziləri) gedişatına dair statistik məlumatları açıqlayıb. Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfər təşkil edib.
Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Toplanan məlumatlardan məlum olub ki, şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunan sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2314 nəfər tibbi müayinələrdən keçib və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilib. Sağlamlıq həftələri müddətində 598 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçib.
Müraciət edən vətəndaşların 423 nəfəri 0-15 yaş, 267 nəfəri 16-25 yaş, 325 nəfəri 26-35 yaş, 349 nəfəri 36-45 yaş, 402 nəfəri 46-55 yaş, 536 nəfəri 56-70 yaş arasında, 12 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 896 nəfər son 1 ay ərzində, 359 nəfər son 3 ay, 387 nəfər son 6 ay ərzində, 171 nəfəri son 1 il ərzində, 103 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 242 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunub. Belə ki, ümumi müraciət etmiş 2314 nəfərdən 1642 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.
Müraciət etmiş 2314 nəfərdən 778 nəfərinin 2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri tərəfindən 123 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilib.
Şəkərli diabetlə əlaqədar müraciət edən digər şəxslərə şəkərli diabetin profilaktikası, ilkin əlamətləri və sağlam həyat tərzinə dair tövsiyələr verilib. Həmçinin, pilot ərazilərin sakinlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə hazırlanmış “Diabet xəstəlik deyil, həyat tərzidir” yaddaş kitabçası və “Sağlam qidalanaraq yaşayın!” bukleti paylanılıb.
Onu da qeyd edək ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə sağlamlıq həftələri çərçivəsində cari ilin noyabrın 17-də Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində çalışan ailə həkimlərinin şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirmək üçün təlim təşkil edilib.
Şəkərli diabet xəstələrinin səhhətlərində yarana biləcək problemlərin və diabetlə bağlı ağırlaşmaların profilaktikası məqsədilə, Agentlik tərəfindən pilot ərazilərdə Şəkərli Diabet Məktəblərinin yaradılmasına başlanılıb. Şəkərli Diabet Məktəbləri pilot ərazilərdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən əhalinin şəkərli diabetə nəzarətə dair biliklərini artırmaq, xəstəliyə bilavasitə pasiyent tərəfindən də nəzarəti təmin etmək, xəstəliyin ağırlaşmalarını erkən aşkarlamaq və vaxtında qarşısını almaq üçün müstəsna rol oynayacaq. Məktəb şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətli olacaq.
Qeyd edək ki, pilot layihənin icrasına 2017-ci ilin yanvarın 1-dən başlanılıb. Layihə müddətində əhalidən sığorta haqqı toplanılmır.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13

