/ / Azərbaycan ilə İsveç arasında dini və mədəni sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan ilə İsveç arasında dini və mədəni sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
29.11.2017 [10:34]
Ölkəmizdə səfərdə olan İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də Dini Qurumlarda İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, DQİDK-nın sədri qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin nəticəsində Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. O, eyni zamanda, ölkəmizdə 17-si xristianlığa aid olmaqla 28 qeyri-İslam dini icmasının fəaliyyət göstərdiyini vurğulayıb. DQİDK-nın sədri bu icmalara sərbəst şəkildə fəaliyyət göstərmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. O, həmçinin ölkəmizdə din pərdəsi arxasında fəaliyyət göstərmək istəyən radikal dini qruplara qarşı dövlət səviyyəsində mübarizə tədbirlərinin görüldüyünü deyib.
Görüşdə Mübariz Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, İslam dininə aid olan bütün tarixi abidələrin, o cümlədən məscid və ziyarətgahların ermənilər tərəfindən dağıdıldığını bildirib.
Mübariz Qurbanlı rəhbərlik etdiyi nümayəndə heyəti ilə ötən ilin aprelində İsveçdə səfərdə olduğunu, bu ölkədəki dini abidələr, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitlə yaxından tanış olduğunu xatırladıb.
İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoranson dövlət-din münasibətlərinin tənzimlənməsində təcrübə mübadiləsinin önəmindən danışıb. Bildirib ki, son illər qlobal aktuallıq kəsb edən miqrant axını öz ölkəsində din adı altında bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Qonaq bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün dini icmalarla dövlət arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə iki ölkə arasında dini və mədəni sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, radikal dini qruplaşmalara qarşı mübarizə, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonaqlara təqdim edib.
Qeyd edək ki, görüşdə İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman, səfirliyin müvəqqəti işlər vəkili Kristian Kamill, İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsində Cənubi Qafqaz üzrə kuratoru Qustav Vinstrand da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

