“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə vəsaiti ayırıb
18.11.2017 [00:10]
“Bakcell” şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, həmin gənclər “Bakcell”in dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin benefisiarlarıdır.
“Bakcell” şirkəti uzun illərdir ki, öz “Korporativ Sosial Məsuliyyət Proqramı” vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Onların təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qurmağı bacarmaq qabiliyyətlərinin olması çox vacibdir. “Bakcell” və “SOS Uşaq Kəndləri” arasında əməkdaşlıq uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və artıq gənclərə öz bizneslərini qurmağa dəstək göstərmək mərhələsinə çatıb”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Layihənin ötən il həyata keçirilən birinci mərhələsində 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes-planını hazırlayıb. Layihələr “Bakcell”in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərindən ibarət qiymətləndirmə komissiyası tərəfindən qiymətləndirib. Beləliklə, ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsinin “Bakcell” şirkəti tərəfindən maliyyələşdirilməsi qərara alınıb. Bunlar “Floristika” gül dükanı, “Şirniyyat evi” və “Çay evi” layihələridir.
Gənclərin biznes-planlarının hazırlanmasına mütəxəssislər tərəfindən dəstək göstərilib. Qiymətləndirmə zamanı biznes-planın hazırlanması, ideyanın real bazar şərtlərində özünü doğrultma imkanları, müraciət edən şəxsin təcrübəsi və sosial vəziyyəti və digər bu kimi meyarlar əsas götürülüb.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “Bakcell” şirkətinin maliyyə dəstəyi ilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar oriyentasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin IT biliklər və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-in beynəlxalq ustad təlimçisi və eksperti tərəfindən həyata keçirilir.
“Bakcell” şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

