Nəsimi rayonunda “İslam həmrəyliyi və milli mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib
28.10.2017 [00:18]
Nəsimi rayonunda “İslam həmrəyliyi və milli mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ərazisindəki dini icma rəhbərləri və İslam ölkələrinin səfirliklərinin nümayəndələri, Azərbaycanda təhsil alan xarici ölkələrdən olan tələbələr iştirak ediblər.
Əvvəlcə iştirakçılar İslam ölkələrinin milli mənəvi dəyərlərini özündə əks etdirən sərgiyə baxıblar.
Sonra İslam ölkələrinin həmrəyliyinə və milli mənəvi dəyərlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 54 İslam ölkəsinin milli paltarlarını geyinən məktəblilər əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında zala daxil olublar.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan uzun illərdir ki, İslam sivilizasiyasının mərkəzlərindən biri olub. Dinlə bağlı qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda 17 məscid fəaliyyət göstərib. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin İslam dəyərlərinə qayğısı sayəsində hazırda ölkəmizdə 2000-dən çox məscid fəaliyyət göstərir. 300-dən çox məscid tarixi-mədəni abidə kimi qorunur. Bibiheybət, Təzəpir, Əjdərbəy, Gəncə şəhərindəki “İmamzadə” kompleksi və digər məscidlər əsaslı təmir olunub.
İcra başçısı qeyd edib ki, Azərbaycan daim İslam aləmi ilə sıx münasibətlər qurur. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun üzvü seçilib. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sayəsində növbəti əməli addımıdır. İslam həmrəyliyi təkcə İslam dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yüksəlişi üçün böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və ölkəmizdən kənarda İslam mədəniyyətinin təbliği və təşviqi, milli mənəvi dəyərlərin qorunması, İslam dininin mütərəqqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində misilsiz işlər görülüb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib, belə tədbirlərin keçirilməsinin vacibliyini xüsusi qeyd edib.
Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydy Misir və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb.
Sonda İslam ölkələrinin milli rəqslərindən ibarət konsert təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06

