Altı ərazidə yağış sularının yığılmasının qarşısını almaq üçün layihələrin icrası yekunlaşıb
09.09.2017 [11:28]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələr çərçivəsində işlərin böyük hissəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilib.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərəncama əsasən, Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub və may ayından tikinti-quraşdırma işlərinə başlanılıb. Qısa müddət ərzində 6 ərazidə - Böyükşor gölü, Taşağıl gölü, Ramana Südçülük Sovxozu, Binəqədi şosesi, Əliyar Əliyev, Yusif Səfərov küçələrində layihələrin icrası yekunlaşıb, digər ərazilərdə tikinti-quraşdırma işləri davam etdirilir. Bu layihələr çərçivəsində layihələndirilmiş 17,5 km kanalizasiya kollektorlarının 13,5 km-lik hissəsi inşa edilib.
Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,9 km uzunluğunda kollektor tikilib. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq. Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,5 km uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.
Ramana Südçülük Sovxozunun ərazisində yağış sularının kənarlaşdırılması məqsədilə 1 km uzunluğunda kanalizasiya kollektorunun inşası yekunlaşıb.
Nərimanov rayonu Əliyar Əliyev və Xətai rayonu Yusif Səfərov küçələrində səth sularının kənarlaşdırılması üçün kollektorların tikintisi başa çatdırılıb.
Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 1000-1200 millimetr diametrli borularla 2,4 km layihələndirilən kollektorun 1,5 km-lik hissəsi tikilib. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Taşağıl və Böyükşor göllərinin su səviyyəsinin stabil saxlanılması məqsədilə 1 ədəd nasos stansiyası tikilib. Hazırda ikinci nasos stansiyasının və 1 km uzunluğunda xəttin inşası davam etdirilir.
Ziya Bünyadov prospekti boyu 1200 mm diametrli borularla 1,3 km uzunluğunda kollektorun 400 metrlik hissəsi, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində 1000 mm diametrli borularla 1,9 km kollektorun 1,5 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Xətai rayonu Kazımağa Kərimov küçəsində 1,2 km uzunluğunda kollektorun 1 km-lik hissəsi tikilib. Yasamal rayonu Əhməd Cəmil küçəsində 577 metrlik kollektorun 300 metrlik hissəsi inşa edilib.
Sabunçu rayonunun Sabunçu vağzalı ətrafı ərazilərdə yağış sularının kənarlaşdırılması məqsədilə 1,9 km layihələndirilmiş kollektorun 500 metrlik hissəsi inşa olunub. Şuşa şəhərciyi ətrafı ərazilərdə yağış sularının kənarlaşdırılması məqsədilə 1,8 km kollektorun tikintisi başa çatdırılıb, hazırda nasos stansiyasının inşası davam etdirilir.
Cari ilin sonuna qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda bir sıra göllərdə suyun səviyyəsinin tənzimlənməsi göllərin daşması və yaşayış evlərinə ziyan vurması təhlükəsini aradan qaldıracaq.
Qeyd edək ki, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59

