/ / “Nar” qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı seçildi
“Nar” qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı seçildi
01.09.2017 [20:26]
“Nar” 20 sentyabr-1 oktyabr 2017-ci il tarixlərində Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildi. Mobil operator eyni anda Bakı və Göygöl şəhərləri, eləcə də Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil ediləcək voleybol üzrə Avropa çempionatının təşkilatçıları və iştirakçılarını mobil rabitə - zəng və məlumatların ötürülməsi (data) xidmətləri ilə təmin edəcək, eləcə də yarışlara texnoloji dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.
Qeyd edək ki, iki il öncə Azərbaycanda keçirilən ilk Avropa Oyunları və bu ilin may ayında respublikada təşkil edilən IV İslam həmrəyliyi oyunlarının telekommunikasiya tərəfdaşı olmuş “Nar” ölkədə həyata keçirilən mötəbər idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmışdır. Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin telekommunikasiya tərəfdaşı olaraq “Nar”-ın peşəkar əməkdaşları yarışların əməliyyat komitəsini yüksəkkeyfiyyətli xidmətlə təmin etməyi hədəfləyirlər. “Nar” bu növbəti idman bayramının Azərbaycana daha bir uğur gətirəcəyindən əmin olmaqla, bu uğurun qazanılması üçün əmək sərf etməkdən qürur duyduğunu ifadə edir.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar”-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat almaq olar.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

