Azərbaycan və özbək xalqlarını ortaq dəyərlər birləşdirir
12.07.2017 [09:13]
Azərbaycan və özbək xalqlarını ortaq dəyərlər birləşdirir. Etnik baxımdan qohum xalqlarımız həm də, eyni dinə inanır. Özbək xalqı da Azərbaycan xalqı kimi, azadlıq mübarizəsi aparıb, çoxsaylı şəhidlər verib.
AZƏRTAC xəbər verir ki, bu sözlər iyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxan Alimov arasında keçirilən görüşdə səsləndirilib.
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki ölkənin dövlət müstəqilliyinə yenidən qovuşmasından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Özbəkistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib. A.Paşazadə Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunaraq deyib ki, ölkələrimiz arasında əlaqələrin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Şeyxülislam deyib ki, bu gün bütün dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürləri tüğyan edir. Belə bir vaxtda müsəlman xalqları bir-birlərinin arxasında möhkəm durmalı, həmrəylik nümayiş etdirməlidirlər.
Özbəkistanın Mərkəzi Asiya regionunda böyük nüfuza malik dövlət olduğunu deyən A.Paşazadə bu ölkənin dini təhsil sahəsində də uğurlar əldə etdiyini diqqətə çatdırıb. Belə ki, Özbəkistanın müxtəlif dini təhsil ocaqlarını bitirən alimlər bu gün dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda İslamın düzgün çatdırılması və təbliği işini uğurla yerinə yetirirlər.
Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxan Alimov Azərbaycan və özbək xalqları arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələrin bugünkü inkişaf səviyyəsindən məmnunluq ifadə edib. O, səfər zamanı aparılan müzakirələrin xalqlarımız arasında dini sahədə əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Usmonxan Alimov qeyd edib ki, Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Hazırda bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır. Lakin İslam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən irəli gəlir.
Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov bildirib ki, iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi kökləri var. Bütün sahələrdə olduğu kimi, din sahəsində də iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin din sahəsində həyata keçirdiyi siyasəti yüksək dəyərləndirən A.Yusupov Azərbaycanın nadir tolerantlıq mühiti ilə seçildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.
Qeyd edək ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri adından özbəkistanlı qonaqların şərəfinə ziyafət verilib.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

