Azərbaycan və Bolqarıstan hüquqi sahədə səmərəli əməkdaşlıq edir
13.06.2017 [09:59]
İyunun 12-də ədliyyə naziri Fikrət Məmmədov respublikamızda səfərdə olan Bolqarıstanın baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərin mühüm əhəmiyyəti vurğulanıb. Həmçinin ölkələrimizin zəngin müqavilə bazasına söykənən hüquqi sahədə əməkdaşlığına toxunularaq qarşılıqlı fəaliyyətin perspektivləri, hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb.
Nazir 2012-ci ildə Bolqarıstana edilmiş ikitərəfli məhsuldar səfərini və keçirilmiş görüşlərini, ötən il isə Sofiyada Avropa ədliyyə nazirlərinin konfransında iştirakını xatırladıb, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi baxımından Şuranın səlahiyyətlərinin genişləndirilməsi, hakimlərin ən şəffaf seçimi və tədrisi, elektron məhkəmənin tətbiqi, infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.
Ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişafını qeyd edən qonaq Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, Azərbaycan Prezidentinin siyasi iradəsi ilə respublikamızın, o cümlədən paytaxt Bakının sürətli tərəqqisini təqdir edib. S.Tsatsarov ölkəmizin məhkəmə-hüquq sistemindəki nailiyyətlərini maraqla qarşılayaraq, öz ölkəsində bu sahədə islahatların aparıldığını söyləyib, Azərbaycanın bir çox sahələrdə müsbət təcrübəsinin Bolqarıstan üçün faydasını vurğulayıb.
Söhbət zamanı inzibati ədliyyənin fəaliyyəti, hakimliyə namizədlərin tədrisi, probasiya institutunun tətbiqi, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Tədbirdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova, ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, ədliyyə nazirinin müavini Azər Cəfərov, baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak ediblər.
Qonaqlar nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

