Şirvan şəhərinin içməli su təchizatı yaxşılaşdırılır
17.05.2017 [10:17]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Respublikanın sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.
İçməli su təchizatı sektorunda həyata keçirilən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi Şirvan şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasında əlverişli imkanlar yaradıb. 2013-cü ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinə başlanılıb.
Şirvan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına qədər Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində şəhərdə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər görülür. “Azərsu” ASC-nin daxili imkanları hesabına Şirvan şəhərinin mərkəzi hissəsində 2 km uzunluğunda yeni magistral su xəttinin çəkilməsi 134 çoxmənzilli yaşayış binasının su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb. Eyni zamanda relyef baxımından hündür ərazidə yerləşən və uzun illərdir içməli su problemi yaşayan Taleh Ələkbərov küçəsinə ilk dəfə içməli su verilib. Hazırda şəhərin 1 may, Demanlı küçələrini və “Köhnə şəhər” adlanan ərazilərini 24 saat fasiləsiz içməli su ilə təmin etmək məqsədi ilə 3 km uzunluğunda yeni xəttin inşasına başlanılıb.
Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Şirvan şəhərinin Çılpaqlı və Yeni yaşayış massivlərinin də içməli su təchizatı yaxşılaşıb. Magistral kəmərdən Yeni yaşayış massivinə 2 km su xətti çəkilib və paylayıcı şəbəkə qurulub. Eyni zamanda Çılpaqlı qəsəbəsinə 6,1 km magistral su xətti çəkilərək mövcud şəbəkəyə birləşdirilib.
Ümumilikdə 85 min nəfər əhalisi olan Şirvan şəhəri sakinlərinin 85 faizi 24 saat fasiləsiz su ilə təmin olunur. Əhalinin digər hissəsinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan rejimlə verilir. Şəhərdə magistral su xətlərinin tikintisi yekunlaşdıqdan sonra Şirvan şəhərinin bütün abonentlərinin su təchizatı fasiləsiz rejimə keçiriləcək.
Təxirəsalınmaz tədbirlər çərçivəsində Şirvan şəhərində çoxmənzilli binaların zirzəmilərindəki antisanitar vəziyyətin aradan qaldırılması işləri də həyata keçirilir. Bakı şəhərindən göndərilmiş xüsusi briqadaların köməyilə 14 binanın zirzəmisi sulardan təmizlənib, su və kanalizasiya xətləri yenilənib.
Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkəsinin kompleks şəkildə yenidən qurulması yeni icra olunacaq layihə çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, 2012-ci ildə təməli qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi 2013-cü ildə istifadəyə verilib. 2013-cü ildə magistral kəmərdən Şirvan, Hacıqabul, Biləsuvar, 2016-cı ildə isə Salyan şəhərinə içməli suyun verilməsi təmin edilib. Gələcəkdə bu mənbədən kəmərin marşrutu boyu yerləşən 121 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 470 min nəfər faydalanacaq.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

