Ailə Sağlamlıq mərkəzlərində əhaliyə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb
25.04.2017 [09:07]
Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin üzvləri Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrası ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Yevlax Rayon Mərkəzi Xəstəxanasında olan nümayəndə heyəti xəstəxanada yaradılan şəraitlə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan tibbi avadanlıqlarla, yeni laboratoriya, təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.
Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov nümayəndə heyətinə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, xəstəxanada fəaliyyətə başlayan Ailə Sağlamlıq Mərkəzi vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədi ilə yaradılıb. Bu mərkəzdə xəstələr ilkin olaraq ailə həkimləri tərəfindən müayinə və müalicə edilir, zərurət yaranarsa, xəstəxanaya və ya ixtisaslaşmış həkimlərin müayinə və müalicəsi üçün istiqamətləndirilir.
Yevlax rayonunun əhalisinə xidmət göstərən Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə TTTY-da çağırışların çeşidlənməsi - “tiraj” sisteminin tətbiqinə başlanılıb. Sistemin tətbiqi təcili yardıma ehtiyacı olan xəstələrin səhhəti ilə bağlı durumu ağırlıq dərəcəsinə uyğun olaraq çeşidləməni təmin edir. Təcili tibbi yardıma ehtiyacı olan xəstələrə yardım xəstənin durumuna uyğun müəyyən olunur. Tez və keyfiyyətli tibbi yardım isə xəstənin sağlamlıq durumunun tez bir zamanda bərpa olunmasına, ağırlaşmaların qarşısının alınmasına, tibbi ehtiyac yarandığı hallarda xəstələrin hospitalizasiya edilməsinə şərait yaradır və əhalinin sağlamlığının qorunmasına xidmət edir. Tiraj sisteminin tətbiqi xəstələrin mümkün qədər tez bir zamanda tibbi yardım alması ilə yanaşı, tibbi xidmətin səmərəliliyini artırmaq imkanı da yaradır. Bu sistem bir çox ölkələrdə uğurla tətbiq edilib. Sistemin tətbiqi Azərbaycan üçün də əhəmiyyətli olacaq, səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli istifadəsinə şərait yaradacaq.
Yevlax rayonunda reallaşdırılan daha bir yenilik isə diaqnostik laboratoriyanın yenidən qurulmasıdır. Hazırda mərkəzi xəstəxanada 24 saat fəaliyyət göstərən müasir avadanlıqlarla təmin olunmuş yeni laboratoriya qurulub. Ən müasir tələblərə cavab verən laboratoriyada güclü maddi-texniki baza yaradılıb, laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb, həkim otaqları kompüter, internet və telefonla təmin edilib, laborator müayinə nəticələrinin kağız üzərində arxivləşdirilməsinə son qoyulub. Laboratoriyada aparılan müayinələr avtomatlaşdığından müayinə nəticələrinin cavablandırılması üçün də daha az vaxt sərf olunur. Eyni zamanda, xəstələr müayinə nəticələrini xəstəxanaya gəlmədən belə, onlara verilmiş kod əsasında internet vasitəsi ilə əldə edə bilərlər.
A.İsmayılov qeyd edib ki, növbəti mərhələdə uşaqların profilaktik vaksinasiyası haqqında məlumatların valideynlərə bildirilməsi avtomatlaşdırılacaq. Belə ki, xüsusi proqramın köməyi ilə valideynlərə övladlarının növbəti peyvənd tarixi barədə SMS-bildiriş göndəriləcək. Məqsəd uşaqların profilaktik vaksinasiyadan yayınmasının və mümkün gecikmələrin qarşısını almaqla, əhalinin sağlamlığının qorunmasını təmin etməkdir.
Milli Məclisin deputatları xəstəxanada sakinlərlə də görüşüblər. Sakinlər yaradılan şəraitdən razılıq edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin nümayəndə heyəti sonra yeni istifadəyə verilən Xaldan Ailə Sağlamlıq Mərkəzi ilə tanış olublar. Ailə Sağlamlıq mərkəzlərinin Yevlax və Mingəçevir şəhərləri üzrə baş koordinatoru Cavid Səfərli məlumat verib ki, mərkəzlərin təşkilində Almaniya, Türkiyə, Niderland və ABŞ-ın təcrübələrindən istifadə olunub. Bu mərkəzlər ilkin səhiyyəni təşkil edəcək. Həkimlər yerli kadrlardan ibarətdir. Xaricdən gələn həkim, tibb işçiləri və mütəxəssislər burada təlim keçirlər. Ailə Sağlamlıq mərkəzlərində əhaliyə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

