/ / Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib
Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib
14.03.2017 [09:53]
Martın 11-də Novruz bayramı ərəfəsində, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 4456 abonenti olan bu qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlərin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin salamlarını Cəbrayıldan olan məcburi köçkünlərə çatdırıb.
Ulu öndər Heydər Əliyevin ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxladığını, məhz Onun Fərman və sərəncamları ilə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinin ləğv edilərək orada məskunlaşmış məcburi köçkünlərin yeni salınmış qəsəbələrə köçürüldüklərini diqqətə çatdıran Əli Həsənov Ümummilli liderin 1998-ci ildə Biləsuvar rayonu ərazisindəki çadır düşərgələrinə səfərini, həmçinin 1999-cu ildə Biləsuvar rayonu ərazisində 4 məcburi köçkün gəncin toy mərasimində iştirak etməsini minnətdarlıqla xatırlayıb.
Əli Həsənov bildirib ki, Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı ilə yanaşır. “Dövlətimizin başçısı 2003-cü il oktyabrın 1-də prezident seçkiləri öncəsi ilk görüşünü məhz elə bu ərazidə Cəbrayıldan olan məcburi köçkünlərlə keçirdi. O zaman Prezident İlham Əliyev çıxışında bildirdi ki, gün gələcək Cəbrayıl rayonu işğaldan azad ediləcək və biz sizinlə inşallah, Cəbrayılda görüşəcəyik. Artıq o günlər yaxınlaşır və biz sizinlə Prezident İlham Əliyevi işğaldan azad edilmiş torpaqlarda qarşılayacağıq”, - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.
Baş nazirin müavini deyib: “Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı bu gün də dövlətimizin diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da martın 9-da ilk müşavirəsini bu problemə həsr etdi. Mehriban xanım çıxışında qaçqın və məcburi köçkün probleminin ölkənin əsas problemi olduğunu bildirdi. Sizi əmin edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulacaq və biz sizinlə o torpaqlara qayıdacağıq. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” bu il yanvarın 24-də imzaladığı Sərəncam dünyaya səs salıb”.
Əli Həsənov onu da vurğulayıb ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı düşməndən azad olunan Cocuq Mərcanlı kəndində 23 ildir yaşayan Həziyevlər ailəsi dünyaya azərbaycanlıların torpağa, doğma elə, yurda, vətənə bağlılığına bir nümunədir. Dövlət Komitəsinin sədri, həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Ermənistanın faşist, cinayətkar prezidenti artıq diz çöküb və bütün dünyada təklənmiş vəziyyətə düşüb. Hətta havadarları da ondan uzaqlaşıb.
Baş nazirin müavini Biləsuvar rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin Prezident İlham Əliyevin tapşırığı ilə qısa zamanda qazlaşdırılmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Sonra çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Cəbrayıl rayonundan olan məcburi köçkünlər Səkinə Quliyeva və Hidayət Səfərli çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Onlar Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsini böyük sevinclə qarşıladıqlarını diqqətə çatdırıblar.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov da məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə cəbrayıllılar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonra qəsəbələrə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb, yaxınlıqdakı evlərdən birində təbii qazın verilməsinə baxış keçirilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

