Elmin İnkişafı Fondu “2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib
10.03.2017 [09:47]
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Ən Layiqli Alim - Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, mütəmadi keçirilməsi nəzərdə tutulmuş “Ən Layiqli Alim - Ə.L.A.” müsabiqəsi elm adamlarının, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlər əsasında müsabiqə yolu ilə qiymətləndirilməsini və mükafatlandırılmasını nəzərdə tutur. “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda ötən il fəallıq göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.
Müsabiqə üzrə qaliblər aşağıdakı bir neçə nominasiya üzrə “İlin alimi-2016”, “İlin gənc alimi-2016” adlarını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər:
Əsas nominasiyalar:
Fizika-riyaziyyat və texnika elmləri üzrə - 1 mükafat (3.000 manat);
Kimya elmləri üzrə - 1 mükafat (3.000 manat);
Yer elmləri üzrə - 1 mükafat (3.000 manat);
Biologiya, tibb və aqrar elmləri üzrə - 1 mükafat (3.000 manat);
Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (3.000 manat).
Gənc alimlər üçün (35 yaşadək) nominasiyalar:
Təbiət və texnika elmləri üzrə - 1 mükafat (2.000 manat);
Həyat haqqında elmlər üzrə - 1 mükafat (2.000 manat);
Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (2.000 manat).
Müsabiqədə iştirak üçün sənədlər martın 10-dan aprelin 17-si saat 17:00-dək qəbul olunacaq. Nəticələrin mayın ilk ongünlüyündə açıqlanması nəzərdə tutulur.
Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak edə bilərlər. Müsabiqə ilə bağlı sualların elektron-poçt ünvanına göndərilməsi və ya onların zəng vasitəsilə cavablandırılması mümkündür. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddətdə iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə EİF-də məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə fondun internet portalında əlavə məlumat veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

