Azərbaycanın ədliyyə tədris müəssisələrinin nümayəndələri Strasburqda seminarda iştirak ediblər
21.12.2016 [09:45]
Dekabrın 19-20-də Fransanın Strasburq şəhərində Avropa Şurası və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 2015-2017-ci illər üçün “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi çərçivəsində Azərbaycan və Moldova ədliyyə tədris müəssisələrində məhkəmələrin idarə edilməsi sahəsində təlimin inkişaf etdirilməsinə dəstək məqsədilə yekun praktik seminar keçirilib.
Seminarda Azərbaycan Respublikası Ədliyyə Akademiyasının təlimçiləri - Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi, Nərimanov rayon Məhkəməsinin sədri Tofiq Paşayev, Ədliyyə Nazirliyinin əməkdaşı Leyla Zakirova, Sumqayıt Apelyasiya Məhkəməsinin əməkdaşı Yaqub Məmmədli, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ekspertləri və Moldova Milli Ədliyyə İnstitutunun nümayəndələri iştirak ediblər.
Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi Azərbaycan Respublikası Ədliyyə Akademiyası tərəfindən layihə çərçivəsində görülmüş işlərə dair hesabatla çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində həyata keçirilmiş tədbirlər, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, layihə çərçivəsində məhkəmə sədrləri, hakimlər və məhkəmə aparatı işçiləri ilə aparılmış təlimlər barədə ətraflı məlumat verib. Layihə çərçivəsində məhkəmələrdə ilk dəfə distant formada təlimin keçirilməsi, gələcək perspektivlər haqqında danışıb.
Azərbaycan Respublikası Ədliyyə Akademiyasının digər təlimçiləri də indiyə kimi keçirilmiş təlimlər, təlim mövzuları, hədəf qrupları, iştirakçıların sayı, ortaya çıxan çətinliklər, təlimdə iştirak edənlərin rəyi barədə məlumat veriblər.
CEPEJ və Fransa Milli Ədliyyə Məktəbinin ekspertləri tərəfindən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi çərçivəsində görülmüş işlər müsbət qiymətləndirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50

