“Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi yeni məhsulların təqdimatı olub
01.12.2016 [09:54]
Noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin istehsal etdiyi yeni məhsulların - “Kəlbəcər - virtual səyahət” 3D qrafik təsvirli filmin, “Qarabağın geyimləri” elektron albomunun, “Virtual Qarabağ elektron kitabxanası”nın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev yeni məhsulların məzmunu və xüsusiyyətləri barədə məlumat verib. N.Mehdiyev bildirib ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Kəlbəcər - virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın işğal altındakı Kəlbəcər bölgəsinin tarixi abidələri, meydanları, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə sanki canlandırılır, tamaşaçı Kəlbəcər rayonuna virtual səyahətə çıxır.
Filmdə Kəlbəcərin Lök qalası Xudavəng, Gəncəsar monastrları, Kəlbəcər qayaüstü təsvirləri, “İstisu” sanatoriyası kimi məşhur tarixi və müasir abidləri qrafika ilə təsvir olunur. N.Mehdiyev ötən dövrlərdə “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən oxşar “Şuşa - virtual səyahət” və “Laçın - virtual səyahət”, “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli filmlərin də ictimaiyyətə təqdim edildiyini xatırladıb.
Mərkəzinin fəaliyyətindən danışan N.Mehdiyev deyib ki, “Qarabağın geyimləri” elektron albomunun hazırlanmasının məqsədi zəngin mədəni irsin qorunması, onun gələcək nəsillərə sağlam şəkildə çatdırılmasıdır. Virtual kitabxanada isə Qarabağın tarixi, siyasi coğrafiyası, mədəniyyəti, işğal vəziyyətinə dair müxtəlif dillərdə kitablar elektron formatda toplanılıb. Müasir axtarış sistemi ilə idarə olunan kitabxanadan Qarabağla maraqlanan gənclər, xarici vətəndaşlar, mütəxəssislər və geniş oxucu kütləsi istifadə edə bilərlər. Kitabxana vaxtaşırı yenilənəcək.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətində vətənpərvərlik məsələsinə xüsusi diqqət yetirilir. Təqdim olunan elektron məhsullar gənc nəslin Qarabağ, işğal olunmuş torpaqlarımız haqqında vizual məlumatlanmasına, onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verəcək.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən Qarabağ həqiqətləri ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir. Lakin bu gün təqdim olunan yeni elektron məhsullar “Virtual Qarabağ” İKT Mərkəzinin öz dəstxəti ilə fərqlənən layihəsidir. V.Quliyev deyib: “XXI əsr informasiya əsridir. Biz informasiya cəmiyyətində yaşayırıq. Əgər rəqabətədavamlı olmaq, qarşı tərəfə cavab vermək istəyiriksə, İKT-nin imkanlarından faydalanmalıyıq. Bu baxımdan İKT Mərkəzinin hazırladığı elektron məhsulların əhəmiyyəti böyükdür. 3D qrafik təsvirləri imkan verir ki, Qarabağda olan müxtəlif tarixi abidələrimizi tanıyaq, öyrənək və gələcək nəsillərə ötürək”.
Prezident Administrasiyasının sektor müdiri qeyd edib ki, torpaqlarının iyirmi faizi işğal olunmuş ölkənin gəncləri, alimləri, dövlət rəsmiləri, diplomatları bu məsələdə kənarda qalmamalıdırlar. Hər bir şəxs öz işlədiyi sahəyə uyğun olaraq mübarizə aparmalıdır. Bu gün sosial şəbəkələr imkan verir ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq. Mərkəzin hazırladığı materialları həm özümüz öyrənək, həm də təbliğ edək.
Tədbirdə çıxış edənlər təqdim olunan elektron məhsulların tariximizin öyrənilməsində və gənc nəslə çatdırılmasında əhəmiyyətindən danışıb, “Virtual Qarabağ” İKT Mərkəzinin bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndiriblər.
Xəbər lenti
Hamısına baxGündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58

