Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Dövlət Universitetində “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Bakı Dövlət Universitetində “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

01.12.2016 [09:52]

Noyabrın 30-da Bakı Dövlət Universitetində (BDU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini vurğulayıb.
Mövzu ilə bağlı fikirlərini diqqətə çatdıran rektor dini ekstremizm və radikalizmin fəsadlarından danışıb.
Akademik A.Məhərrəmov qeyd edib ki, ölkəmizdə müxtəlif millətlərin nümayəndələri birgə yaşayır, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşırlar. Cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolunu xatırladan rektor gəncləri vətənpərvərliyə, təhsildə yüksək nailiyyətlər qazanmağa çağırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıb.
Müasir dünyada gedən siyasi proseslərdən, dövlət və din münasibətlərindən bəhs edən DQİDK-nın sədri dini ekstremizm və radikalizmə qarşı mübarizənin vacibliyini vurğulayıb.
M.Qurbanlı milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev cəmiyyətdə sağlam mühitin qorunub saxlanılmasında maarifləndirmə tədbirlərinin rolunu vurğulayıb, gənclərə tövsiyələrini verib.
Tədbirdə dini ekstremizm və onun fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30