Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Elman Nəsirov: Tarif Şurasının qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir

Elman Nəsirov: Tarif Şurasının qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir

30.11.2016 [09:24]

Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Bu barədə “Trend”ə açıqlamasında millət vəkili Elman Nəsirov Tarif (qiymət) Şurasının son qərarına münasibət bildirərkən deyib.
Millət vəkili deyib ki, Tarif (qiymət) Şurası bu qərarı qəbul etməmişdən əvvəl təhlilləri nəzərə alaraq müəyyən araşdırmalar aparıb: “Aparılan bu təhlillərdən sonra belə bir addım atılıb. 2016-cı il bütün dünya üçün, həmçinin Azərbaycan üçün çox mürəkkəb illərdən biridir. Neftin qiymətinin azalması ilə bağlı iqtisadi çətinliklər yaranır. Biz dünyanın tərkib hissəsiyik, ondan təcrid oluna bilmərik. Bu məsələ istehlakçıların vəziyyətinə təsirsiz qalmır. Amma, eyni zamanda, reallıqlar da var”.
E.Nəsirov bildirib ki, Tarif (qiymət) Şurasının bu qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir və bu addım zəruridir.

Paylaş:
Baxılıb: 661 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30