“Ölkəmizi tanıyaq”: Tərtərli məktəbliləri cənub bölgəsində maraqlı ekskursiya gözləyir
18.11.2016 [10:16]
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar.
AZƏRTAC xəbər verir ki, noyabrın 17-də Tərtər şəhərində rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqamətində yola salınması mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, məktəbliləri 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə və tur-aksiyada iştirak etdiklərinə görə təbrik edib. Bildirib ki, dövlətimizin başçısının tapşırığına əsasən, 2014-cü ildən etibarən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. M.Məmmədov hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, kulinariyası, coğrafiyası olduğunu vurğulayaraq, məktəblilərə getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi tövsiyə edib, mənalı istirahət arzulayıb.
Qrup rəhbəri Tunarə Məmmədzadə AZƏRTAC-a müsahibəsində bildirib ki, bu gün cəbhə bölgəsində yaşayan tərtərli məktəblilər Lənkəran, Masallı və Astara rayonlarına yola düşürlər. İnanıram ki, bu rayonların təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında, onların Vətənini, dövlətini sevən bir vətəndaş kimi yetişməsində mühüm rol oynayacaq.
Seydimli kənd tam orta məktəbin şagirdi Nigar Qurbanzadə söhbətə qoşularaq deyib: “Şagirdlərlə səfərə çıxmaq çoxdanki arzum idi. İnanıram ki, səfərimiz zəngin və maraqlı olacaq. Cənub bölgəsinin tarixi məkanları, təbiəti, görməli yerləri ilə tanış olacağıq. Bizim üçün yaratdığı bu şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Tərtər şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Rövşən İbrahimov isə fikirlərini belə ifadə edib: “Tur-aksiyada iştirak etdiyimə görə çox şadam. Bu gün ölkəmizin gözəl guşələrindən birinə yola düşürük. Cənub bölgəsində bizi maraqlı ekskursiya gözləyir. Xüsusən çay plantasiyalarını, sitrus meyvə bağlarını, Hirkan Milli Parkını, bu yerlərin tarixi abidələrini görməyə səbirsizlənirəm. Tur-aksiyadan çox şey öyrənəcəyəm”.
Tur-aksiya iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

