/ / “Səlis danışıq” Loqopedik və Psixoloji Mərkəzində 14 noyabr - Ümumdünya Loqopedlər Günü münasibətilə tədbir keçirilib
“Səlis danışıq” Loqopedik və Psixoloji Mərkəzində 14 noyabr - Ümumdünya Loqopedlər Günü münasibətilə tədbir keçirilib
15.11.2016 [10:03]
Dünən “Səlis danışıq” Loqopedik və Psixoloji Mərkəzində 14 noyabr - Ümumdünya Loqopedlər Günü münasibətilə tədbir keçirilib. Mərkəzin rəhbəri Xavər Abdullayeva tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib və qeyd edib ki, bu, çox məsuliyyətli peşədir. Onun sözlərinə görə, loqopediya nitq inkişafı qüsurları haqqında pedaqoji elm olub, bu qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir: “Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır. Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub, eyni zamanda, ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir”.
X.Abdullayeva deyib ki, “Səlis danışıq” Loqopedik və Psixoloji Mərkəzi 2006-cı ildən fəaliyyət göstərir. Mərkəz bu dövr ərzində bir sıra yeniliklərə imza atıb. Onun sözlərinə görə, mərkəz nitq qüsurlarının korreksiyası, nitqin ümumi inkişafı, autizm sindromlu uşaqlar, daun sindromlu uşaqlar və başqa problemli uşaqlarla bağlı xidmət göstərir. Artıq mərkəz təkcə Bakıda deyil, regionlarda da fəaliyyət göstərir. “Səlis danışıq” Loqopedik və Psixoloji Mərkəzində peşəkar mütəxəssislərin çalışdığını deyən X.Abdullayevanın sözlərinə görə, mərkəz ötən dövrdə ciddi nailiyyətlər qazanıb və buraya müraciət edən insanlar xidmətdən razıdırlar.
Autizm sindromu üzrə mütəxəssis Xəyalə Kərimova isə çıxışında bildirib ki, autizm 21-ci əsrin qlobal problemlərindən biridir. Onun sözlərinə görə, bu sindromlu uşaqların reabilitasiyası üçün müvafiq tədbirlər görülür: “Autizmli uşaq, hər bir digər uşaq kimi, şəxsiyyətdir, buna görə də ümumi tövsiyələr istifadə edərkən, uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır və uşaqla işləyən zaman onlara diqqət etmək vacibdir. Autizmli uşaqlar böyüyərkən uşaqlıqlarında aludə olduqları sahə üzrə işləyə bilərlər. Belə uşaqlarla hər gün məşğul olmaq lazımdır, bu, çox çətindir, lakin gündəlik məşğələlər nəticəyə gətirə bilər. 5 dəqiqədən başlamaq və tədricən məşğələnin vaxtını gün ərzində 2-3 saata qədər uzatmaq lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur, onlar real təhlükəni görməyə bilərlər. Belə uşaqların nitq qüsurları da olur, bu səbəbdən də loqopedlərin üzərinə böyük vəzifə düşür”.
Tədbirdə digər çıxış edənlər də mövzu haqqında fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45

