On ayda dörd şəhərdə su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb
12.11.2016 [00:51]
On ayda dörd şəhərdə su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Bu barədə qəzetimizə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, 2016-cı ilin 10 ayında regionlarda su və kanalizasiya sistemlərinin yenidən qurulması, həmçinin yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb. 4 şəhərdə - Qusar, Beyləqan, Tərtər, Şamaxıda su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral su xətti çəkilərək istismara verilib. Bununla da Salyan şəhərinin 12 min 500 sakini mərkəzləşdirilmiş qaydada fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Eyni zamanda Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə yeni birləşmə verilib, şəhər əhalisinin böyük əksəriyyətinin su təchizatının yeni mənbədən aparılması mümkün olub. Beləliklə, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin içməli su təminatına hesablanan Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhəri istisna olmaqla digər 4 şəhərə suyun verilməsi təmin edilib. Növbəti mərhələdə Neftçala şəhəri və kəmərin marşrutu boyunca yerləşən bəzi kəndlərə suyun verilməsi nəzərdə tutulur.
Ötən müddət ərzində içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması da diqqətdə saxlanılıb. Hesabat dövründə Balakən rayonunun Hənifə, Quba rayonunun Qəçrəş, Yardımlı rayonunun Vərov və Yolacaq, Ağsu rayonunun Elabad və Yenilik kəndlərində, Ağdam rayonunun Quzanlı, Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı qəsəbələrin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı Misni-Mais obalarının su təchizatı yaxşılaşdırılıb. Bunlarla yanaşı, Masallı rayonunun Muğanlı zonasında yerləşən 5 kəndə Viləşçay anbarının sahilində tikilmiş yeni sutəmizləyici qurğudan suyun verilməsi üçün magistral kəmərlərin inşası yekunlaşıb, kəndlərə suyun verilməsinə hazırlıq görülür.
Ümumilikdə 2016-cı ilin 10 ayı ərzində regionlarda 600 kilometrə yaxın magistral və şəbəkə su xətləri, 370 kilometrdən artıq kanalizasiya kollektorları və şəbəkələri inşa edilib, 17 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində regionlarda 130 mindən çox sakin ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin edilib, 40 min nəfərin su təchizatı isə fasiləsiz rejimə keçirilib. Bununla da bölgələrdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 650 min nəfəri keçib.
İndiyə qədər respublikanın 43 şəhər və rayon mərkəzində içməli su və kanalizasiya layihələri həyata keçirilib ki, bunların da 29-da işlər “Azərsu” ASC-nin sifarişi ilə icra olunub. Bu şəhərlərin 11-də layihələr dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına reallaşdırılır. Artıq 8 şəhərdə - Quba, Qusar, Göyçay, Beyləqan, Şamaxı, Tərtər, Biləsuvar, Naftalanda su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, digər 8 şəhərdə - Lənkəran, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Ucar və Zərdabda layihələrin içməli su ilə bağlı olan hissəsi yekunlaşıb. Qarşıdakı aylarda Ağcabədi şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq.
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

