IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı olub
11.11.2016 [10:18]
IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva açılışda iştirak edib
Noyabrın 10-da IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Leyla Əliyeva mərkəzin tikintisinin müxtəlif mərhələlərini əks etdirən fotostendlə tanış olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabrında qoyulub. Mərkəz Bakı şəhərində və ətraf ərazilərdəki sahibsiz heyvanların müayinə və müalicəsi, həmçinin onların qısamüddətli sığınacağı üçün nəzərdə tutulub. Sığınacaq kompleksi Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə, digər dövlətlərin təcrübəsindən istifadə olunmaqla tikilib. Layihə-tikinti işlərinə Böyük Britaniyanın Heyvanlara qarşı Qəddarlığın Aradan Qaldırılması üzrə Kral Cəmiyyətinin mütəxəssisləri cəlb olunub. Burada sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Mərkəzdə tikilən 24 sığınacaq eyni vaxtda mindən çox heyvanın yerləşdirilməsinə imkan verir. Hər sığınacağın yanında gəzinti ərazisi də ayrılıb.
Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı xəstə heyvanların müalicə və bərpa komplekslərinə baxıb. Mərkəzdə klinika və laboratoriyada stasionar müayinə-müalicə aparılmaqla yanaşı, mobil təcili tibbi yardım xidməti də var. Bundan əlavə, yaralı və yaxud peyvəndə ehtiyacı olan sahibsiz heyvanların mərkəzə gətirilməsinə məsul xüsusi qrup fəaliyyət göstərəcək. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlar fərqləndirici çiplərlə təchiz olunacaq. Burada, həmçinin ölkəmizdə ilk dəfə olaraq sahibsiz heyvanların elektron baza sistemi yaradılacaq. Bu sistem heyvanların izlənilməsi və onların vaxtında peyvənd olunmasına imkan verəcək. Uzunmüddətli müalicəyə ehtiyacı olan heyvanlar xüsusi karantin korpuslarında bərpa prosesi keçəcək. Mərkəzin fəaliyyəti baytarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına, həmçinin təcrübə mübadiləsinə də imkan verəcək.
Burada yerləşən geniş konfrans zalında peşəkar veterinar hazırlığı kursları və treninqləri təşkil ediləcək, sahibsiz heyvanlara rəhmli münasibəti və onların himayəyə götürülməsini təşviq etmək məqsədilə geniş ictimai maarifləndirmə tədbirləri keçiriləcək. Bu baxımdan məktəblilərin mərkəzə səfərlərinin təşkili, onların maarifləndirilməsi və mərkəzin ictimaiyyətə, xüsusilə də könüllülərə açıq olması nəzərdə tutulur. Burada himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks və kiçik heyvan mehmanxanası da fəaliyyət göstərəcək. Mərkəzin xidmətləri yalnız sahibsiz heyvanlar üçün məhdudlaşmır. Himayədə olan heyvanların müalicə-müayinəsi və qısamüddətli gecələməsi üçün də mərkəzə müraciət etmək olar.
Sonra Leyla Əliyeva müasir yem fabriki ilə tanış olub. Fabrik Azərbaycanda it və pişik qidasını hazırlayan ilk müəssisədir. Fabrikin məhsulları beynəlxalq keyfiyyət tələblərinə cavab verməklə yanaşı, sağlam qida məhsullarından hazırlanacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30

