Oktyabrın sonuna qədər tənzimlənmə işləri yekunlaşacaq
29.10.2016 [10:49]
İbrahim Kərbəlayev: “Qaynar xətt”ə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq mövcud problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb
“Qaynar xətt”ə (185) daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq mövcud problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülüb”. Bunu son günlər Abşeronun və paytaxt Bakının bir sıra yaşayış massivlərində, eləcə də bölgələrdə qazın verilişində yaranmış bəzi problemlərlə bağlı suala cavabında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib. Onun sözlərinə görə, fasiləsiz təbii qazla təmin olunmaq məqsədi ilə 2016-2017-ci illərin payız-qış mövsümü üçün tədbirlər planı hazırlanıb: “Artıq may ayından bu işlərə start verilib. Ölkə ərazisində istehlakçıların təbii qaza olan tələbatının ödənilməsi, uzun müddət qaz almayan yaşayış məntəqələrinin təbii qazla təmin olunması məqsədi ilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilib. Bir neçə gün əvvəl havaların qəfil soyuması təbii qaza olan tələbatın artmasına səbəb olub. İB tərəfindən qeyd olunan ərazilərdə tənzimlənmə işləri aparılıb və tələbata uyğun olaraq, əhali “mavi yanacaq”la təmin olunub. Hələ də çatışmazlıqlar var və oktyabrın sonuna qədər tənzimlənmə işləri yekunlaşacaq”.
İ.Kərbəlayev onu da vurğulayıb ki, İB tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində respublikanın hər yerində qaz təchizatının yaxşılaşdırılması, əhalinin “mavi yanacaq”la fasiləsiz və keyfiyyətli təminatı məqsədi ilə mühüm işlər görülüb: “Yeni qaz kəmərlərinin çəkilişi, istismara yararsız qaz xətlərinin dəyişdirilməsi istiqamətində fəaliyyət genişləndirilir. Birliyin bu istiqamətdə həyata keçirdiyi proqrama əsasən, ölkənin qaz təchizatı sistemində mövcud olan problemlər öz həllini tapır. 2016-cı ilin may-sentyabr aylarında 17607 p/m uzunluğunda qaz kəmərləri təmir edilib, dayaqlar üzərinə qaldırılıb və yeni qaz xətləri çəkilib, 154 ədəd qaz tənzimləyici, 43 ədəd siyirtmə quraşdırılıb. Bundan əlavə, cari ilin 9 ayı ərzində 158 yaşayış məntəqəsinə təbii qaz verilib. Hazırda 96 yaşayış məntəqəsində tikinti-quraşdırma işləri davam etdirilir ki, 22 yaşayış məntəqəsində artıq bu işlər yekunlaşmaq üzrədir”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25

