Vergi sisteminə aid məlumatların cəmiyyətə çatdırılması ilə bağlı yazı müsabiqəsi elan edilib
26.05.2016 [10:13]
Azərbaycan Mətbuat Şurası və Vergilər Nazirliyi “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsi elan edib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi Azərbaycanın müasir vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqəyə 8 istiqamət üzrə yazılar qəbul ediləcək.
Təqdim olunan yazılar I yer üçün 1000 manat (1 yer), II yer üçün 800 manat (2 yer), III yer üçün 500 manat (2 yer) dəyərində mükafatlandırılacaq. Həvəsləndirici mükafat isə (5 yer) 200 manatdır.
Yazılarda materialların mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsinə, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə üstünlük veriləcək.
Müsabiqəyə 2016-cı il may ayının 25-dən iyul ayının 15-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Qaliblərin adları 2016-cı il iyul ayında Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Yazıda “Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir” qeydi olmalıdır.
Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində dərc olunan yazılar müsabiqəyə qəbul olunmur.
Müsabiqəyə qəbul olunmuş materiallar Vergilər Nazirliyi və Mətbuat Şurasının müəyyən etdiyi xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.
Müsabiqə üçün yazılar həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) və Bakı şəhəri, Ə.Haqverdiyev küçəsi 60 ünvanında qəbul olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

