Azərbaycan Memarlıq və İnşaat Universitetində abituriyentlər üçün “Açıq qapı” günü keçirilib
24.05.2016 [09:59]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I, II və V qrupa daxil olmaq istəyən abituriyentlər üçün “Açıq qapı” günü keçirilib. Universitet, professor və müəllim heyəti, fakültələr, laboratoriya və auditoriyalarla tanışlıq xarakteri daşıyan “Açıq qapı” günündə abituriyentlərə tədris prosesi və qəbul qaydalarıyla bağlı məlumatlar verilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi tədris ocağı barədə geniş açıqlama verərək bildirib ki, hazırda AzMİU-da 8 fakültədə 7000-ə yaxın tələbə təhsil alır, onlardan 700-ü xarici ölkə vətəndaşıdır. Tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Daha sonra Gülçöhrə Məmmədova fakültələr barədə geniş məlumat verib, ali təhsil ocağının beynəlxalq əlaqələrindən danışıb. Tanışlıq xarakterli çıxışında Gülçöhrə Məmmədova rəhbəri olduğu Universitetin ixtisaslarının həmişə aktual olduğunu, hazırladıqları kadrlara həmişə, hər yerdə ehtiyac olduğunu abituriyentlərin diqqətinə çatdırıb: “Bizim məqsədimiz savadlı, bilikli, özünəgüvənən, dünyada rəqabətə davam gətirə bilən, müstəqil fikirli, öz dəst-xəttiylə seçilən kadrlar yetişdirməkdir. Bizim universiteti seçməklə siz həm də şəffaf, demokratik bir mühitdə təhsil alacaqsınız, zəruri texniki avadanlıqlarla təchiz olunmuş ixtisas laboratoriyalarında, birbaşa inşaat meydançalarında iş prosesiylə tanış olacaqsınız, müasir təcrübəyə malik böyük şirkətlərdə, tanınmış mütəxəssislərlə təmasda olacaq, yeni bilgilərə yiyələnəcəksiniz, gələcəkdə işlə təmin olunmaq üçün partnyorlarımız olan işəgötürənlərlə görüşlərə qatılacaq, işgüzar əlaqələr qurmaq imkanları qazanacaqsınız”.
Abituriyentlərə imtahanlarda uğurlar diləyib, düzgün seçim etmələrini arzulayan rektor onları maraqlandıran sualları cavablandırıb. Sonra abituriyentlər və onların valideynləri AzMİU ilə yaxından tanış olublar, geniş və işıqlı auditoriyaları, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları gəzib, böyük kitab fondu, dünyanın aparıcı elektron kitabxanalarına və resurslarına qoşulan kitabxana, nadir eksponatları olan muzey, tələbə və müəllimlərin əl işlərindən ibarət olan sərgi salonlarına baş çəkiblər. Görüşün sonunda qonaqlar universitetin müəllim və tələbə heyətiylə bərabər çay süfrəsi arxasında səmimi söhbətlər edib, təəssüratlarını paylaşıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25

