Hərbçilərimiz Ali Baş Komandanın əmrini gözləyirlər
04.05.2016 [10:03]
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttində əsgərlərlə görüşməsi Milli Ordunun şəxsi heyətində böyük ruh yüksəkliyi yaradıb
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin bir qrupu aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.
AZƏRTAC-ın müxbiri cəbhənin Goranboy istiqamətində həmin hərbi qulluqçularla görüşərək söhbət edib, onların döyüş təəssüratlarını öyrənib.
Aprelin 2-dən 5-dək gedən döyüşlərdə strateji yüksəkliklərin düşməndən azad olunmasında iştirak edən gizir Mehman Çobanov deyib: “Döyüşlərdə xeyli itki verən düşmən silahlarını, texnikasını qoyub qaçdı. Onlara Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdik”.
Mehman Çobanov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttində əsgərlərlə görüşməsi onlarda böyük ruh yüksəkliyi yaradıb: “Hər zaman döyüşə hazırıq. Ali Baş Komandanın əmrini gözləyirik. Nəyin bahasına olursa-olsun, işğal altındakı torpaqlarımızı Allahın köməyi ilə azad edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Onların qisasını alacağıq. Bunu düşmən də yaxşı bilir”.
Kapitan Mirdamət Bağıyev döyüşlərdə göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Mirdamət Bağıyev aprel döyüşlərini belə xatırlayır: “Aprelin əvvəlində düşmənin təxribatının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər gördük. Üzərimizə gələn erməni tanklarının qarşısını aldıq. Bir-bir mövqe dəyişərək, erməni qüvvələrinin 17 texnikasını və xeyli sayda şəxsi heyətini məhv etdik. Düşmən Azərbaycan əsgərinin gücünü görüb, öz mövqelərini, silah-sursatını qoyub qaçdı. Beləliklə, strateji yüksəkliyi düşməndən azad etdik”.
Qeyd edək ki, aprelin 2-də döyüşdə yaralanan Mirdamət Bağıyev bunu heç kimə bildirməyib, döyüşü davam etdirib. Yalnız döyüşlər səngiyəndən sonra müalicəyə gedib.
Aprelin əvvəlindəki döyüşdə düşmən üzərində qələbənin qazanılmasında, strateji əhəmiyyətli yüksəkliklərin azad olunmasında tankçılarımızın da böyük rolu olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “İgidliyə görə” medalı ilə təltif edilən İsabala Məmmədov deyib: “İrəli” komandası verildikdən sonra hücuma keçdik. Düşmən birinci eşalonu qoyub qaçmağa başladı. Hücumu davam etdirib heyətimlə düşmənin 3 zirehli texnikasını, 1 tankını, 4 mövqeyini məhv etdik”.
İsabala Məmmədov bildirib ki, əgər düşmən torpaqlarımızı tərk etməsə, Azərbaycan Ordusunun zərbəsi daha şiddətli olacaq.
Xəbər lenti
Hamısına baxMüsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24

