Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
29.04.2016 [09:59]
Aprelin 28-də Bakı şəhəri Binəqədi qəsəbəsinin Mədəniyyət mərkəzində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyalarının və nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcəsi və təşkilati məsələlər müzakirə edilib.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, hesabat dövründə ölkəmizdə mühüm inkişaf prosesləri, əhalinin gündən-günə maddi rifahının yüksəlməsi müşahidə olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində respublikamız qüdrətlənir, beynəlxalq aləmdə nüfuzu daha da artır. Azərbaycanda sosial-iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir. Bu dövrdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyələr də daim inkişafda olub. Bələdiyyələrin Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisində rolunun artmasına nail olunub, onlar yerlərdə konkret işlərin görülməsinə çalışıblar. Ötən dövrdə yerli özünüidarəetmə institutunun formalaşması üçün ardıcıl tədbirlər görülüb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən lazımi şərait yaradılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının Qəsəbə Bələdiyyələrinin Assosiasiyası və respublikanın 141 qəsəbə bələdiyyəsi tərəfindən 2006-cı ildən təsis edilmiş Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat ilində yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsi istiqamətində zəruri tədbirləri davam etdirib.
Bələdiyyə sədrlərinin III Ümumrespublika Toplantısında qarşıya qoyulan vəzifələrdən irəli gələrək hesabat ilində yerli özünüidarəetmə qurumlarının demokratik dəyərlərə və beynəlxalq standartlara cavab verən hüquqi bazası daha da möhkəmlənib, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul olunub, “Bələdiyyə qulluğu haqqında” Qanuna dəyişikliklər, bununla bağlı müvafiq qaydalar təsdiq edilib.
Qeyd edilib ki, qəsəbə bələdiyyələri ötən dövrdə yerli əhəmiyyətli infrastruktur layihələrini uğurla icra edib. Milli Assosiasiyaların “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində 2015-ci il ərzində qəsəbə bələdiyyələri 19 istiqamətdə, 675 müxtəlif xarakterli sosial layihə icra edib. Cari ildə isə 620 layihənin icrası nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, ərazilərin sosial-iqtisadi inkişafında davamlı olaraq bələdiyyələrin də payı var.
Ötən il demokratik ənənələrin inkişafı istiqamətində “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq, qarşılıqlı fəaliyyət” şüarı altında qəsəbə bələdiyyələrində “Azərbaycanda Yerli Demokratik Həftəsi” çərçivəsində 668 görüş keçirilib. Görüşlərdə 61.385 nəfər iştirak edib, bələdiyyələrdə 6506 nəfərin fərdi qəbulları aparılıb.
Yerli vergi və ödənişlərin yığılması ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş yeni qaydaların hesabat dövründə tətbiqi bələdiyyələr tərəfindən uğurla həyata keçirilib. Nəticədə 2015-ci ildə bələdiyyə büdcələrinin yerli vergi və ödənişlər hesabına formalaşması əvvəlki illə müqayisədə 27 faizdən 37,6 faizədək artıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövr ərzində yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmiz qüdrətli dövlətə çevrilib, sürətli sosial-iqtisadi inkişaf yolu keçib, genişmiqyaslı infrastruktur layihələrinin icrası istiqamətində tarixi nailiyyətlər əldə edib. Bütün dünyanı bürümüş qlobal iqtisadi böhran fonunda ölkə rəhbərliyi köklü iqtisadi islahatlara start verib. Sahibkarlığın inkişafı, daha münbit investisiya mühitinin yaradılması üçün təsirli tədbirlər görülüb.
Emin Eyvazov qeyd edib ki, ümumilikdə bələdiyyələr ölkəmizin inkişafında əhəmiyyətli rol oynayıb, əhalini narahat edən sosial əhəmiyyətli məsələləri həll etməyə, vətəndaşları yerli özünüidarəetmə proseslərə cəlb etməyə çalışıblar. Bu işə Milli Assosiasiyaların da töhfələri var. Bildirilib ki, ötən illə müqayisədə layihələrin sayı və layihələrə sərf edilmiş vəsaitin həcmi azalıb. Təbii ki, bu məsələ narahatlıq doğurmaya bilməz. Bələdiyyələr bu məsələlərdə irəliləyişlərin əldə edilməsi üçün yerli büdcəyə daxilolmaların artmasını təmin etməlidirlər ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin, bələdiyyələrin fəaliyyətinin səmərəliliyi artsın.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Milli Məclisin deputatı Kamran Bayramov çıxış edərək bələdiyyələrin ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Onlar qanunvericilikdə edilən dəyişikliklərin önəmindən, bu dəyişikliklərin yerli özünüidarə orqanlarının inkişafına müsbət təsirindən, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıblar. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılması istiqamətdə görüləcək işlərin əhəmiyyəti vurğulanıb, qəsəbə bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib.
Tədbirdə qəsəbə bələdiyyələrinin sədrləri gördükləri işlər barədə məlumat veriblər. Eyni zamanda, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar edilib. Çıxışlarda bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilib, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.
Yığıncaqda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, cari ilin büdcəsi təsdiq edilib və təşkilatı məsələlərə baxılıb.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının illik hesabatı haqqında ümumi yığıncağın qərarı oxunub və qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

