Vergi orqanlarına daxil olan şikayətlərin sayı azalır
22.04.2016 [10:11]
Əli Həsənov: 2015-ci il və 2016-cı ilin birinci rübü ərzində vergi orqanlarına daxil olan bütün müraciətlər vaxtında icra edilib
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Öz çıxışlarında vətəndaş fəallığının artırılmasını, rast gəlinən qanun pozuntuları barədə dərhal aidiyyəti üzrə məlumat verilməsini, ictimai nəzarətin gücləndirilməsini, vətəndaş müraciətlərinə operativ və ədalətli baxılmasını dövlət orqanlarının ən vacib vəzifələrindən olduğunu dəfələrlə vurğulayıb. Vergilər Nazirliyində də bu məsələ həmişə diqqət mərkəzində saxlanılır”.
Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov deyib. Onun sözlərinə görə, nazirlikdə həyata keçirilmiş tədbirlər nəticəsində hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılır, müraciətlər diqqətlə və hərtərəfli araşdırılır, vətəndaşların və vergi ödəyicilərinin qanuni tələblərinin həlli üçün konkret tədbirlər görülür, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilir. Vergi orqanlarında vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti barədə vergilər nazirinə ayda bir dəfə xidməti məruzə təqdim olunur.
Vergi ödəyicilərinin, habelə əhalinin vergi qanunvericiliyi və onun tətbiqi, Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən məlumat almalarını, həmçinin vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbulunu təmin etmək məqsədilə nazirliyin 2003-cü ilin sonundan Bakı şəhərini, 2006-cı ilin may ayından etibarən respublikanın bütün regionlarını əhatə edən “195” Çağrı Mərkəzi fəaliyyət göstərir. Mərkəzə daxil olmuş 2015-ci ildə 198.306, 2016-cı ilin birinci rübündə isə 66.225 müraciət cavablandırılıb.
Bildirilib ki, Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar bütün dövlət vergi orqanlarında ən son texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi qəbul otaqları yaradılıb. Vətəndaşlar tərəfindən vergi orqanlarına müraciət sahəsində şəffaflığın daha da artırılması məqsədilə nazirliyin rəsmi internet səhifəsində (www.taxes.gov.az və www.vergilər.az) “Vergilər nazirinə onlayn müraciət”, “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi”, “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” imkanları yaradılıb.
Qeyd edilib ki, hazırda ölkəmizdə 56, o cümlədən Bakı şəhərində 6 xidmət mərkəzi fəaliyyət göstərir. 2015-ci ildə xidmət mərkəzlərində 389 mindən çox, 2016-cı ilin birinci rübündə isə 123 mindən artıq vətəndaş qəbul edilib. 2013-2016-cı illərdə vergilər naziri ölkənin bütün ərazisini əhatə edən müxtəlif şəhər və rayonlarda 1149 vətəndaşı qəbul edib.
Ə.Həsənovun sözlərinə görə, 2016-cı ilin birinci rübündə vergi orqanlarına 24.668 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2308 müraciət və ya 10,3 faiz çox, ötən ilin dördüncü rübü ilə müqayisədə isə 15,7 faiz azdır: “Onu da qeyd etmək lazımdır ki, son illər vətəndaş müraciətlərinə baxılmasının daim diqqət mərkəzində saxlanılması və bu sahədə görülmüş ciddi nəzarət tədbirləri nəticəsində 2015-ci il və 2016-cı ilin birinci rübü ərzində vergi orqanlarına daxil olan bütün müraciətlər vaxtında icra edilib, gecikmə hallarına yol verilməyib”.
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45

