Ölkəmizdə informasiya proseslərinin mühafizəsi istiqamətində tədbirlər davam etdirilir
30.03.2016 [11:09]
Respublikanın daxili işlər orqanları ölkədə informasiya proseslərinin mühafizəsinin, sabitliyinin, fasiləsizliyinin, eyni zamanda, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizliyin təmin olunması istiqamətində aparılan əməliyyat-axtarış və istintaq tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin mart ayı ərzində müxtəlif vaxtlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından Binəqədi rayonu ərazisində ümumilikdə 920 metr rabitə kabellərinin oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə rayon Polis İdarəsinə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Abbas Əliyev tutularaq istintaqa cəlb edilib. Müəyyən olunub ki, A.Əliyev müxtəlif vaxtlarda rayondakı ayrı-ayrı ünvanlardan telefon və internet kabellərini kəsərək yaşadığı evin həyətinə gətirib. Daha sonra həmin kabellərdəki misi çıxararaq Qorxmaz Davudov və Faiq Rəhimova məxsus metal qəbulu məntəqələrinə satıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Q.Davudov və F.Rəhimov da saxlanılıblar. İstintaq zamanı müəyyən edilib ki, Q.Davudov oğurluq malları Sumqayıt şəhərində yerləşən “Bakı Mis İstehsalı” MMC-yə, F.Rəhimov isə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Elit Yatırım və Ticarət LTD STİ” MMC-yə təhvil veriblər.
A.Əliyevin yaşadığı evə baxış keçirilərkən əlavə olaraq yüksək keyfiyyətli və müasir rabitə qurğuları üçün nəzərdə tutulan 110 metr optik kabel də aşkar edilərək götürülüb.
Rabitə kabellərinin oğurlanması barədə daxili işlər orqanlarına daha bir məlumat isə “Aztelekom” İB-nin Sumqayıt Şəhər Telekommunikasiya Qovşağından daxil olub. Müraciətdə işlək vəziyyətdə olan 32 metr uzunluğunda kabelin dirəklərdən kəsilərək aparıldığı bildirilib.
Sumqayıt Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev və Hikmət Fərəcov saxlanılıblar.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Əlvan metalların məntəqələr tərəfindən alğı-satqısı zamanı heç bir sənədləşmə olmur və bütün əməliyyatlar nağd hesablaşmalar vasitəsi ilə aparılır.
Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu və satışını həyata keçirən vətəndaşlara, həmçinin özəl müəssisə və qəbul məntəqələrinin sahiblərinə, bu işlə məşğul olan bütün sahibkarlara müraciət edərək bildirir ki, öz fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun şəkildə qursunlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

