İsmayıllıya səfər Daşkəsən, Goranboy və Naftalan məktəblilərində dərin təəssürat yaradıb
29.03.2016 [11:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, milli adət-ənənələrinin, müstəqillik illərində qazanılan nailiyyətlərin daha dərindən öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Daşkəsən, Goranboy və Naftalan rayonlarından olan məktəblilərdən ibarət 3 qrup martın 24-də İsmayıllıya gəlib.
AZƏRTAC xəbər verir ki, rayonla tanışlıq rusların yaşadıqları İvanovka kəndindən başlayıb. Burada mehribanlıqla qarşılanan şagirdlər Azərbaycanın multikultural dəyərlərindən bəhrələnən rusların, eləcə də digər millətlərin bir ailə kimi yaşadıqları İvanovka kəndinin sosial-iqtisadi, mədəni həyatı barədə ətraflı bilgilər alıblar.
Sonra tur-aksiya iştirakçıları rayon mərkəzinə gəliblər. Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məktəblilər Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara, tarixi sənədlərə baxıblar. Mərkəzdə fəaliyyət göstərən ayrı-ayrı dərnəklərin işi tur-aksiya iştirakçılarının marağına səbəb olub, onlarda xoş təəssürat yaradıb.
Heydər Əliyev Mərkəzində şagirdlərə İsmayıllı rayonunun tarixindən, maddi-mədəniyyətindən, sosial-iqtisadi həyatından, Prezident İlham Əliyevin rayona səfərlərindən və bu səfərlərin nəticəsi olaraq həyata keçirilən sosial layihələrdən bəhs edən sənədli film göstərilib.
Sonra rayon mədəniyyət evində yerli musiqiçilərin və rəqs qrupunun ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib.
Goranboy rayonundan gələn qrupun rəhbəri Vüsalə Tağıyeva AZƏRTAC-a müsahibəsində deyib: “Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən bu layihə həm şagirdlərin istirahətinin şən və mənalı keçməsinə, həm də onların ölkəmizin ayrı-ayrı bölgələri barədə zəngin bilgilər almalarına şərait yaradır. Bu da təbii ki, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində, onlarda Vətəni sevmək, ona bağlılıq kimi hisslərin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin respublikamızın səfalı, tarixi guşələrindən olan İsmayıllıya səfərdən məmnun qaldıqları hər an hiss olunur”.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

