Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qərb bölgəsinin məktəbliləri Lənkəranda

Qərb bölgəsinin məktəbliləri Lənkəranda

18.11.2015 [09:58]

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın iştirakçıları - Gəncə şəhərinin, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri Lənkərana gəliblər.
AZƏRTAC xəbər verir ki, onları Lənkəran şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Məktəblilər əvvəlcə Heydər Əliyev Xatirə Parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra şəhərdəki Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tur-aksiyanın iştirakçıları Lənkərandakı “Qafqaz Sahil”, “AB Qala”, “Palmalife” hotellərində yerləşiblər. Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Noyabrın 17-də Gəncə şəhərindən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarından olan məktəblilər Lənkəranın, Qazax, Ağstafa və Tovuz rayonlarının şagirdləri isə Lerik və Astara rayonlarının tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.

Paylaş:
Baxılıb: 904 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30