Qış aylarında qaz təchizatında heç bir problem olmayacaq
12.11.2015 [10:04]
“Havalar soyuq keçsə də qaz təsərrüfatında istər texniki cəhətdən, istərsə də digər tərəfdən hər hansı problem yaşanmayacaq”. Bunu “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev deyib. Onun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyi qışa tam hazırdır. İ.Kəlbalıyev bildirib ki, qış mövsümünə hazırlıq çərçivəsində qaz təsərrüfatında xeyli işlər görülüb: “2015-2016-cı illərin qış mövsümündə istehlakçıların fasiləsiz qaz təchizatı ilə təmin olunması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tədbirlər planı hazırlanıb. Cari ilin 9 ayı ərzində yaşayış məntəqələrinin qazlaşdırılması üçün 9218 kilometr yeni qaz kəməri quraşdırılıb. 419 kilometr qaz kəməri isə əsaslı təmir olunub. Cari ilin yanvar-sentyabr ayları ərzində respublikanın regionlarında 217 yaşayış məntəqəsi qazlaşdırılıb. Bundan əlavə qeyd edim ki, Bakıda hündürmərtəbəli binalara təbii qazın verilməsi işləri davam etdirilib. Belə ki, zəruri sənədləri təqdim olunan, normativ texniki təhlükəsizlik tələblərinə cavab verən 314 çoxmərtəbəli binaya qaz verilib”.
Onun sözlərinə görə, noyabrın 1-dən dekabrın 1-nə kimi yerli qaz istismar sahələri, o cümlədən regional qaz istismar idarələri gücləndirilmiş iş rejiminə keçib, həmçinin rəhbər eləcə də məsul şəxslərdən ibarət növbətçilik rejimi də yaradılıb: “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhalini qış mövsümündə fasiləsiz, eləcə də tam təhlükəsiz qazla təmin etmək üçün 24 saat ərzində fəaliyyət göstərən 104 və 185 “qaynar xətt” xidməti fəaliyyətə başlayıb. Qaz təchizatı, eləcə də, bu və ya digər istiqamətdə hər hansı bir problem yaranarsa əhali bu “qaynar xətt”ə müraciət edə bilər. Bundan başqa, noyabrın 1-dən dekabrın 1-dək respublika üzrə “Təhlükəsiz təbii qazdan istifadə” aylığı elan olunub. Aylıqla əlaqədar artıq qurum tərəfindən 190 min 48 mənzilə texniki baxış keçirilib. Qaz kəmərlərinə qeyri-qanuni birləşmələr edən abonentlər aşkarlanaraq dərhal tədbir görülüb, əhali arasında maarifləndirici işlər həyata keçirilib. Bu istiqamətdə hazırda da işlərimiz davam edir və hesab edirəm ki, bu qış əhalinin qaz təchizatı ilə bağlı hər hansı bir problemi olmayacaq”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

