“Azercell”in iki sosial layihəsi nüfuzlu mükafata layiq görülüb
04.11.2015 [09:33]
Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən növbəti dəfə mükafata layiq görülüb. Şirkətdən verilən məlumatda qeyd olunur ki, “Azercell”in Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirdiyi iki təşəbbüs AmCham seçim komitəsi tərəfindən daha çox səs toplayaraq qiymətləndirilib. Müsabiqəyə təqdim olunan KSM layihələri arasında “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti “İqtisadi güc” nominasiyası üzrə ikinci yeri tutub. “Mədəniyyət” nominasiyası üzrə “Azercell Telekom” MMC-nin Uşaq Paralimpiya Komitəsinə dəstəyi isə xüsusi diqqətə layiq görülüb.
“Azercell”in nəzdində yaradılan və artıq bir çox uğurlara imza atan “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi istedadlı gənclərin üzə çıxarılması və onların təşəbbüslərinin dəstəklənməsi, Azərbaycanda texnoloji innovasiyaların artması istiqamətində xeyli iş görüb. İndiyədək “Barama” Mərkəzində onlarla layihə reallaşdırılıb, bəzi gənclər isə artıq öz bizneslərini qurublar. Məlumatda həmçinin qeyd olunur ki, “Azercell” Azərbaycanda fəaliyyət göstərdiyi 18 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlıqlarının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. “Azercell”in həyata keçirdiyi növbəti layihə Paralimpiya Komitəsində məşğul olan uşaqların cəmiyyətə inteqrasiyası, yeni qələbələrə həvəslənməsi üçün böyük stimuldur.
60-dan çox təşkilatı öz ətrafında birləşdirən AmCham Azərbaycanda KSM-lə bağlı ən yaxşı təşəbbüsləri üzə çıxararaq bu cür fəaliyyətlərin stimullaşdırılması məqsədilə bu qiymətləndirməni həyata keçirir. Qeyd edək ki, ötən il də “Azercell” şirkəti sosial fəaliyyətinə görə həmin təşkilatın mükafatına layiq görülüb.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47

