Gənc marafonçular Azərbaycanın cənub sərhədinədək qaçıblar
31.10.2015 [09:26]
Sağlam həyat tərzini təbliğ edən Adil Məmmədli və Rüfət Nəcəfov adlı iki gənc 23-26 oktyabr tarixlərində Azərbaycanda növbəti marafon qaçışını həyata keçiriblər. Gənclər bu dəfə Sahil qəsəbəsindən (Qaradağ) Astarayadək qaçaraq siqaretə “yox” deyiblər. “Azercell Telekom”un ikinci dəfə həyata keçirdiyi “Siqaretsiz həyat daha gözəldir” təşəbbüsünə qoşulan gənclər yolboyu Sahil qəsəbəsində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astarada yerləşən “Azercell Ekspress” ofislərinə də baş çəkiblər. Onlar bu təşəbbüslə hamını hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa səsləyiblər. Şirkətdən verilən məlumatda qeyd olunur ki, Adil və Rüfət marafon ərzində güvənli və keyfiyyətli mobil rabitə üçün “Azercell”in xidmətlərini seçiblər. Mobil telefon, xüsusilə də GPS və mobil internet əsasında işləyən digər xidmətlər gənclərin doğru, sərbəst və təhlükəsiz şəkildə hərəkət etmələri üçün zəmin yaradıb.
“Bu bizim 2-ci yürüşümüzdür. 24-27 iyul tarixlərində eyni şüar altında biz Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində qaçdıq. “Siqaretsiz həyat daha gözəldir” layihəsi bizi ilk dəfədən maraqlandırdı, çünki Rüfət ilə birlikdə sağlam həyatın tərəfdarıyıq. Hər zaman çalışmışıq ki, pis vərdişlərdən uzaq olaq, sağlam həyatdan zövq alaq. Odur ki, məmnuniyyətlə bu şüarı əsas tutaraq növbəti yürüşümüzü həyata keçirdik. Biz həm marafondan, həm də “Azercell”in keyfiyyətli telekom xidmətindən çox razı qaldıq”, - deyə Adil Məmmədli bildirib.
“Budəfəki qaçışımız soyuqlara düşsə də, marafondan böyük zövq aldıq. Yolda Azercell Ekspresslərə baş çəkdik, şirkət işçiləri ilə görüşdük, şəkillər çəkdirdik. Onu xüsusi ilə vurğulamaq istərdim ki, qaçış zamanı bircə dəfə də olsun telefonlarımız bizi darda qoymadılar. Həm zənglərdə, xüsusilə də mobil internetin, GPS xidmətinin istifadəsində “Azercell” həmişə olduğu kimi yüksək nəticə nümayiş etdirdi”, - deyə Rüfət Nəcəfli vurğulayıb.
Şirkətdən verilən məlumatda daha sonra qeyd olunur ki, növbəti analoji yürüş velomarafon olacaq. Gənclər velosipedlə ölkə boyunca yürüş edərək sağlam həyat tərzini təbliğ edəcəklər. Şirkət marafona qatılmaq istəyənləri https://www.facebook.com/Azercell-Marafon-AR-1028786513811611/?fref=ts səhifəsini izləməyə dəvət edir!
Səlim
Xəbər lenti
Hamısına baxSosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20

