“Azərbaycan multikulturalizmi” ölkə və dünya universitetlərində uğurla tədris olunur
27.10.2015 [09:40]
Prezident İlham Əliyevin ölkəmizdə tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədilə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ötən zaman ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlər həyata keçirib.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılıb. İlkin mərhələdə yeddi xarici universitet təklifi müsbət qarşılayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin daha çox və nüfuzlu xarici ölkə universitetlərində tədrisinin təmin edilməsi istiqamətində fəaliyyətini davamlı şəkildə qurub. Məhz bu qurumun əzmkar fəaliyyətinin nəticəsidir ki, sayı durmadan artan həm xarici ölkə universitetlərində, həm də yerli universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə nail olunub. Belə ki, 2015-2016-cı dərs ilində artıq 11 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Fənnin ötən ildən tədris edildiyi Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Rusiya Federasiyasının Ural Federal Universitetinin Yekaterinburq filialı, Litva Pedaqoji Universiteti, Çex Respublikasının Praqa Karlov Universiteti, İtaliyanın Roma Sapienza Universiteti və Belarus Dövlət Universitetinə builki tədris ilindən daha 4 xarici ölkə universiteti - Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universiteti, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universiteti, İsveçrənin Frayburq Universiteti və Türkiyənin Erciyez Universiteti də əlavə edilib.
Ötən il “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki yeddi ali təhsil ocağında da müvəffəqiyyətlə tədris olunub. 2015-2016-cı tədris ilində isə Azərbaycanın 20 ali təhsil ocağında bakalavr və magistr pillələrində tədrisə başlanılıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin tövsiyəsi ilə Mərkəz ölkəmizdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin daha çox texniki yönümlü, qeyri-humanitar ixtisaslı mütəxəssis hazırlayan universitetlərdə geniş tədris edilməsini planlaşdırır. Məqsəd həmin texniki universitetlərdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti haqda ümumi biliklərin bir fənn - “Azərbaycan multikulturalizmi” çərçivəsində əhatəli tədrisinə nail olmaqdır. Bu fənlərin ölkəmizdə tədrisinin yüksələn xətlə dinamik inkişafı təkcə universitetlərin sayının artmasını hədəfləmir, eyni zamanda, yaxın gələcəkdə həmin universitetlərdə bu fənlər üzrə kafedraların yaradılması istiqamətində də işlər görülür. Artıq bu istiqamətdə ilk addım atılıb. Bakı Slavyan Universitetinin elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi” kafedrası ötən tədris ilində fəaliyyətə başlayıb. Kafedrada BSU-nun bütün ixtisaslarında bakalavr pilləsində “Multikulturalizmə giriş”, regionşünaslıq (ölkəşünaslıq) ixtisasında müqayisəli ədəbiyyat, ixtisas ölkələrinin mədəniyyəti və incəsənəti, etnoqrafiyası, ictimai fikir tarixi, etnopsixologiyası fənləri müvəffəqiyyətlə tədris olunmaqdadır. Magistratura pilləsində isə “Azərbaycan multikulturalizmi” fənni ilə yanaşı, “Ədəbi komprotivistika” və müxtəlif ixtisaslaşmalara uyğun fənlərin tədrisi həyata keçirilir. Bundan əlavə, kafedrada multikulturalizm üzrə buraxılış işləri, magistr və doktorluq dissertasiyalarının yerinə yetirilməsi həyata keçiriləcək. BSU-da fəaliyyət göstərən və respublikada hələ ki ilk olan kafedra digər ali təhsil müəssisələrində də bu qəbildən olan kafedraların yaradılmasına elmi-metodik yardım göstərməyi planlaşdırır. Ölkəmizin yerli və xarici ali təhsil ocaqlarında başqa bir rakursdan təqdimatına xidmət edən bu fənlərin tədrisinin coğrafiyasının genişlənməsi Azərbaycan dövlətinin siyasi kursunun əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

