“Mən şəhid qəhrəman olacam”
27.10.2015 [09:38]
Gizir Aydın Abdullayevin şəhid olmasından iki il ötür
Bu günlərdə onun şəhid olmasından 2 il ötdü. Düz iki il əvvəl Vətən uğrunda şəhid olan Aydın Abdullayevdən ailəsinə qalan şəkilləri, 23 illik ömür yolu haqqında həzin xatirələr, bir də idmanda və hərbidə qazandığı mükafatlar, medallardır. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Tərtər istiqamətində düşmənlə təmas xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan gizir Aydın Abdullayev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib. Bir il öncə medalın ailə üzvlərinə təqdim olunma mərasimində şəhid atası Əmirsultan Abdullayev övlad itkisi nə qədər ağır olsa da, oğlunun şəhid olmasından qürur hissi keçirdiyini deyib, həmçinin göstərilən bu diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Atasının sözlərinə görə, 1990-cı il sentyabrın 29-u dünyaya göz açan və ailənin sonbeşiyi olan Aydın elə uşaqlıqdan o biri iki qardaşları - Nicat və Cavaddan istər xaraktercə, istərsə də maraq dairəsi baxımından fərqlənirmiş. İdmana böyük həvəs göstərir, karate, boks, cüdo, qaydasız döyüş kimi idman növləri ilə məşğul olur, hər dəfə yarışlardan qalib kimi boynunda medal gələndə atası Əmirsultan və anası Sevil xanımın ürəyi dağa dönürmüş.
Əmirsultan dayı deyir ki, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu olan Aydın məktəbi 4-5 qiymətləriylə oxuyub, sinif yoldaşlarına, dostlarına qarşı çox diqqətcil olub. Məktəbdən sonra gününün çox hissəsi məşqlərdə, yarışlarda keçirdi. Aydın gələcək həyatını idmanla bağlamaq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirdi. Lakin Tanrının alın yazısı onu idmana deyil, hərbi sahəyə yönləndirib. Belə ki, 2010-cu ilin yayı Tərtərin Çaylı kəndi istiqamətində düşmənlə təmas xəttində baş verən hadisə onun həyatında, fikirlərində dönüş nöqtəsi olur. Azərbaycan ordusunun giziri Mübariz İbrahimovun qəhrəmanlığı hərbi xidmətini başa vurmuş Aydın Abdullayevin içindəki Vətən sevgisini daha da alovlandırır, bu istək onu həm də illərdir düşmən tapdağı altında qalan torpaqlara, güllə yağışlarının və təhlükənin olduğu səngərlərə çəkir. Odur ki, evin sonbeşiyi sənədlərini Suraxanı Rayon Hərbi Komissarlığına verir. Qaraheybət təlim mərkəzinə göndərilən Aydın burada kəşfiyyatçı-snayper hazırlığı keçir. Altı aylıq təlimdən sonra onu kəşfiyyatçı-snayper kimi qaynar nöqtələrdən birinə - düşmənlə təmas xətti olan Tərtərin Qapanlı kəndinə göndərirlər.
Və iki il öncə oktyabrın 25-də Tərtər istiqamətində düşmənlə təmas xəttində atəşkəsin pozulması nəticəsində gizir Aydın Abdullayev Vətən uğrunda şəhid olur. Lakin ilk günlər bu xəbərə kimsə inanmaq istəmir. Nə qohumları, nə də döyüş dostları. Çünki Aydın öz çevikliyi, bacarığı, qəhrəmanlığı ilə ad çıxarmışdı. Hər halda onunla bir yerdə xidmət etmiş baş gizir Taryel Əmiraslanov və Nazim Məmmədovun sonralar söylədikləri də deyilənləri təsdiqləyir. Baş gizir Taryel Əmiraslanov deyib ki, Aydın ermənilərə dağ çəkirdi: “Bəzən elə olurdu ki, postda yatırdı. Niyə aşağı düşmədiyini soruşanda isə deyirdi ki, niyə aşağı düşməliyəm? Ermənilər dəfələrlə onu vurmağa çalışsalar da, heç vaxt buna nail ola bilmirdilər. Çünki o, elə bil anadan olandan hərb üçün doğulmuşdu. Axırıncı atışma zamanı durmadan mövqe dəyişdirir, atəş açırdı. Bəlkə də, tək özü döyüşsəydi, onu vura bilməzdilər. Amma o, həm də yoldaşlarını qoruyurdu axı. İnana bilmədik ki, onu vurublar. Nəinki biz, hətta yer də, göy də inana bilmirdi ki, o, şəhid olub”.
Ancaq qohumlarından və dostlarından fərqli olaraq Aydın şəhid qəhrəman olacağını qətiləşdiribmiş. Bunu deyən qardaşı Cavadın sözlərinə görə, Aydın da hələ sağ ikən qanını alan şəhidlərdəndir: “Sonuncu dəfə yaxın dostuyla danışdım. Aydın həmişə döyüş dostlarına deyirmiş ki, siz mənimlə fəxr edəcəksiz. Mən şəhid qəhrəman olacam. Vaxt gələcək, deyəcəksiz ki, Aydın mənim döyüş dostum, komandirim olub”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

