/ / Bakıda “Mətn və təsvir sahəsində hüquqların kollektiv idarəçiliyi. Reproqrafik hüquqlar” mövzusunda beynəlxalq seminar keçirilir
Bakıda “Mətn və təsvir sahəsində hüquqların kollektiv idarəçiliyi. Reproqrafik hüquqlar” mövzusunda beynəlxalq seminar keçirilir
18.09.2015 [10:03]
Sentyabrın 17-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA), “Azərbaycan Müəllifləri” İctimai Birliyinin və Reproqrafik Hüquqlar Təşkilatlarının Beynəlxalq Federasiyasının (İFRRO) birgə təşkilatçılığı ilə “Mətn və təsvir sahəsində hüquqların kollektiv idarəçiliyi. Reproqrafik hüquqlar” mövzusunda beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar son illər MHA tərəfindən müxtəlif dillərdə nəşr etdirilən çap məhsulları ilə tanış olublar.
Tədbirdə MHA-nın sədri Kamran İmanov bildirib ki, beynəlxalq seminarın əhəmiyyəti İFRRO-nun əsas prinsiplərinə uyğun olaraq müəlliflik hüququnun ictimai və institusional vacibliyini təsdiq etmək, hüquqların kollektiv idarəedilməsini genişləndirmək və milli strukturların təcrübə mübadiləsi əsasında müasir rəqəmli çağırışlara cavabların axtarışından ibarətdir. K.İmanov qeyd edib ki, çap sözü və müəllifliyin tarixi elə bəşəriyyətin tarixidir. Azərbaycan xalqının bu sahədə minilliklər ənənəsi var.
K.İmanov, həmçinin, Azərbaycanın iyirmi faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu, BMT Təhlükəsiz Şurası tərəfindən qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb. Bildirib ki, bütün bunlara baxmayaraq hazırda Azərbaycan Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsidir. Bu gün ölkəmizin iqtisadi qüdrəti Cənubi Qafqazın 75-80 faiz ümumi qüdrətinə bərabərdir. Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətlə inkişaf edir, dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib.
Tədbirdə “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov “Kollektiv əsaslarla hüquqların idarəçiliyi və onun Azərbaycanda inkişafı” mövzusunda təqdimatla çıxış edərək seminarın ölkəmizdə müəllif hüquqlarının və repoqrafik hüquqların inkişafına böyük dəstək olacağına ümidvar olduğunu söyləyib.
Reproqrafik Hüquqlar Təşkilatlarının Beynəlxalq Federasiyasının (İFRRO) baş direktoru Olav Stokkmo, Avropa Şurasının Azərbaycanda əməkdaşlıq bölməsinin rəhbəri Ceroen Villems mövzu ətrafında çıxış ediblər. Bildirilib ki, seminar müəlliflərin və hüquq sahiblərinin hüquqlarının qorunmasının səmərəliliyinin artıran kollektiv idarəetmə sisteminin inkişafına və təkmilləşdirilməsinə mühüm töhfələr verəcək.
Seminar işini sentyabrın 18-də davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

