/ / “Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
“Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
25.07.2015 [10:34]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Layihənin rəhbəri Polad İbrahimov layihənin məqsədi haqqında məlumat verərək bildirib ki, əsas məqsəd gənclərin elmə marağının artırılması, onların elmi fəaliyyətinin təşviq edilməsi, elmin inkişafı, həmçinin, gənc alimlərin daha səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin təbliğ edilməsidir: “Layihə çərçivəsində “Azərbaycanlı gənc alimlərin elmi fəaliyyətinin təbliği”, “Azərbaycan elminin gələcək inkişafı gənc alimlərin fəaliyyətindən asılıdır”, “Qüdrət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” mövzularında təlimlər keçirir, ölkənin tanınmış elm xadimlərini bu görüşlərə cəlb edirik”.
Tədbir iştirakçıları qarşısında çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, hər bir cəmiyyəti irəli aparacaq vasitə yalnız elmdir. Onun sözlərinə görə, ölkəmizin, cəmiyyətimizin inkişafı da bu və ya digər dərəcədə elmin inkişafı ilə bağlıdır: “Hər bir cəmiyyəti irəli aparan onun intellektual göstəriciləridir. Müasir dövrün tələbləri də informasiya üzərində qurulduğu üçün bu məsələyə xüsusi diqqət yetirilməlidir. Postmodernist cəmiyyətin əsas keyfiyyəti informasiya ilə ölçülür. Çünki bu, informasiya cəmiyyətidir”.
İnformasiyanın özlüyündə mühüm təsir mexanizmi olduğunu deyən Hikmət Babaoğlu qeyd edib ki, bu gün müasir dünyada informasiya texnologiyaları sürətlə inkişaf edir. Hazırda dünyada qlobal güclərin milli dövlətləri sıradan çıxarmaq xəttini götürdüyünü deyən Hikmət Babaoğlu bildirib ki, buna qarşı mübarizədə dövlətlərin elmi, intellektual potensialı mühüm rol oynayır. Çünki elmi, intellektual potensialı güclü olan milli dövlətləri sıradan çıxarmaq mümkün deyil.
Hikmət Babaoğlu Azərbaycanda elmin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb: “Prezident İlham Əliyev Azərbaycan elminə, elmin inkişafına xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının son illər ərzində imzaladığı sərəncamlar elmin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, bu istiqamətdə son illər bir sıra vacib addımlar atılıb. Elmin İnkişaf Fondunun yaradılması, xüsusilə, gənclərin elmə cəlb olunması, AMEA-nın institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiyadan vaxtilə bu və digər səbəblərə görə alınmış binaların geri qaytarılması, akademiya əməkdaşlarının əməkhaqlarının artırılması, Akademiya şəhərciyində akademik kitabxananın tikintisi ilə bağlı Sərəncamın verilməsi, ali məktəblərdə tədrisin səviyyəsinin artırılması yönündə ciddi islahatlar görülən işlərin daha effektiv nəticələr verməsini şərtləndirir”.
Daha sonra tədbir diskussiya formasında davam etdirilib. Tədbirdə iştirak edən gənclər elmin inkişafı ilə əlaqədar öz fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

