Pirallahı rayonunda bu ilin I rübünün yekunlarına dair hesabat yığıncağı keçirilib
18.04.2015 [10:02]
Dünən Pirallahı rayonunda 2015-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Rauf Əliyev, idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov aprelin 10-da Prezident cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının bu dövr ərzində respublikamızın sosial-iqtisadi inkişafını və iqtisadiyyatın dinamik inkişafının təmin edilməsini çox müsbət dəyərləndirdiyini bildirib. Daha sonra V.İmanov 2015-ci ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişafın yekunlarına dair hesabatla çıxış edib. Rayonda birinci rübün yekunları üzrə sosial-iqtisadi həyatın bütün sahələrində yüksək nəticələrin əldə olunduğu bildirilib.
Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev Pirallahı rayonunda görülmüş işləri yüksək qiymətləndirib. O, rayonda mövcud olan məsələlərin ardıcıl olaraq həll edildiyini bildirib. Millət vəkili, həmçinin, dünyada mürəkkəb proseslərin getdiyini qeyd edib. Onun sözlərinə görə, bəzi qüvvələr regionumuzda, o cümlədən, ölkəmizdə də sabitliyi pozmağa çalışırlar. R.Əliyev Avropa Parlamentinin uydurma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamənin də gərginliyə xidmət etdiyini vurğulayıb. “Belə bir şəraitdə Azərbaycan cəmiyyəti ayıq olmalıdır. Çox sevindiricidir ki, xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu birlik sayəsində bütün çətinlikləri dəf etməyə qadirik”, - deyə R.Əliyev qeyd edib.
Tədbirdə, həmçinin, Pirallahı Su-Kanal İdarəsinin rəisi Əli Kərimov, Pirallahı rayon MKTB-nin rəisi Sahib Qurbanov, RİH-in baş məsləhətçisi Ramiz Verdiyev və başqaları çıxış edərək əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

